Güclü qar səbəbindən Şamaxı-İsmayıllı avtomobil yolu bağlanıb.
Elchi.az Report-a istinadən xəbər verir ki, hazırda ərazidə 200-dən artıq avtomobil yolda qalib.
İlkin məlumatlara əsasən, Muğanlı yolunda qar daha keçilməz xarakter daşıyır. Qarın qalınlığı 10 sm-dən artıqdır və yollar buz bağlayıb.
Yolların buz bağlaması səbəbindən bir neçə zəncirvari qəza da meydana gəlib.
Əraziyə polis əməkdaşları cəlb olunub.
***
Şamaxı-Muğanlı yolunda avtomobillərin hərəkəti bərpa olunub.
Əraziyə Daxili İşlər Nazirliyinin əməkdaşları və aidiyyəti qurumların xeyli sayda canlı qüvvəsi və texnikası cəlb edilib.
İsmayıllı yolunda isə vəziyyət ağır olaraq qalır. Hazırda həmin ərazidə də təxirəsalınmaz zəruri işlər həyata keçirilir.
***
Şamaxı-İsmayıllı avtomobil yollarında hərəkət dayandırılmayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Şamaxı-İsmayıllı avtomobil yollarında hərəkət təşkil olunur. Yollara xüsusi avtomobillərlə qum və duz səpilir.
Tədbirlər davam etdirilir.






