İran prezidenti İbrahim Rəisi Tehranda “Əl-Əqsa hücumu və insan vicdanının oyanışı” adlı konfransda çıxışı zamanı İsraili bütün beynəlxalq normaları və müqavilələri pozmaqda ittiham edib. O, müqaviməti İsraillə mübarizənin yeganə yolu adlandırıb.
Elchi.az bu barədə Tasnimnews.com-a istinadən xəbər verir.
Rəisinin sözlərinə görə, İsrail 400-dən çox beynəlxalq qətnamə, razılaşma və bəyannaməni, həmçinin beynəlxalq təşkilatlar tərəfindən görülən tədbirləri pozub.
“Bu gün Fələstində hər kəsə aydın oldu ki, sionist rejim hər bir beynəlxalq müqaviləni imzaladıqdan sonra təcavüzkar hərəkətlərini davam etdirir”,-deyə Rəisi bildirib.
Fələstini müsəlman dünyasının əsas prioriteti adlandıran Rəisi deyib ki, İsraillə mübarizə üçün yeganə variant müqavimətdir: “Fələstində, Livanda, Suriyada, İraqda, Yəməndə və İslam dünyasının digər yerlərində hakim olan bir cərəyandır”.
İran prezidenti əlavə edib: “İsrail rejiminə qarşı müqavimət iki günlük, 22 günlük, 33 günlük və 100 günlük müharibələrdə öz bəhrəsini verdi, Fələstin qalib gəldi, sionist rejim və onun müttəfiqləri məğlub oldu”.
Yeganə






