Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ müdafiə naziri Lloyd Ostinin prezident Co Baydenə prostat xərçəngi barədə məlumat verməmək qərarını problem adlandırıb. Elchi.az bu barədə “CBS News”ə istinadən xəbər verir.
O vurğulayıb ki, belə hallar olmamalıdır, ona görə də Pentaqon baş verənlərlə bağlı araşdırma aparır.
Pentaqonun rəhbərinə prostat xərçəngi diaqnozu qoyulub. O, yanvarın 1-də xəstəxanaya yerləşdirilib, lakin Ağ Ev bu barədə yalnız beş gündən sonra xəbər tutub.
Bundan sonra Nümayəndələr Palatasının üzvü Kris DeLuzio Ostini istefaya çağırıb, lakin nazirin özü onun sağaldığını və tezliklə Pentaqona qayıdacağını gözlədiyini bildirib. O, səhhətindəki problemlərlə bağlı ictimaiyyəti daha yaxşı məlumatlandıra biləcəyini də qeyd edib.
Havar Şəfiyeva






