Rusiyanın üçüncü böyük şəhəri Novosibirskdə istilik sistemindəki nasazlıqdan sonra küçələri qaynar su basıb.
Elchi.az xəbər verir ki, Sibirin Novosibirsk şəhərində istilik sistemində nasazlıq yaranıb. Bu səbəbdən də küçələrə qaynar su axarkən 100-dən çox çoxmənzilli binanın istilik sistemi sıradan çıxıb.
Küçələrə yayılan suyun görüntüləri Rusiya mətbuatında yayılan xəbərlərdə yer alıb.
“İstilik şəbəkəsindəki nasazlığı aradan qaldırmaq üçün Leninski rayonunda yaşayış binaları və ictimai obyektlər istilik və isti sudan ayrılıb”, – Novosibirk şəhər administrasiyasının bəyanatında deyilir.
Ümumilikdə 104 mənzil və fərdi yaşayış evləri ilə yanaşı, dövlət binalarında, bəzi məktəb və uşaq bağçalarında istilik sistemi işləmir. Ümumilikdə 234 yeri qızdırmaq mümkün deyil.
Nasaz istilik magistral xəttinin 1974-cü ilə aid olduğu öyrənilib.
Bölgədə havanın temperaturu -20 dərəcə ətrafında ölçülür.
Analoji hadisə bir neçə gün əvvəl Vladivostokda baş verib.
Şayəstə Hüseynova






