ABŞ Müdafiə naziri Lloyd Ostin xəstəxanadan buraxılıb, Pentaqon bildirib.
Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.
Amerika Müdafiə Nazirliyi hələlik onun evdən işləyəcəyini qeyd edib.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirmişdi ki, Ostin xəstəxanada olarkən ABŞ Silahlı Qüvvələrinin komandanlığında fəal iştirak edib.
Nuranə Məmmədova






