Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kulebanın qeyri-kafi olduğunu açıqlayıb. Elchi.az xəbər verir ki, onun sözlərini “İzvestiya” sitat gətirir.
Rusiya xarici işlər naziri Sergey Lavrovun üzünə zərbə endirmək istədiyini bəyan edən Kulebanın sözlərinə Zaxarova belə münasibət bildirib.
“Kiyev rejiminin nümayəndələrinin qeyri-adekvatlığı hamıya məlum faktdır. Əslində problem budur – savadsız aqressiv insanlar nazir adı altında Amerikanın puluna Ukraynanı xarabalığa çevirmək üçün işə götürülüblər”, – deyə Zaxarova vurğulayıb.
Kuleba daha əvvəl bəyan etmişdi ki, Ukraynanın müttəfiqləri Kiyevdən Rusiya ilə münaqişənin dondurulması ilə bağlı danışıqlara başlamağı tələb etmirlər. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin nə dondurulmuş münaqişə, nə də sülh istəmir. O, həmçinin aydınlıq gətirib ki, Ukrayna parçalanma yox, birlik məsələsi olmalıdır.
Havar Şəfiyeva






