Ukrayna prezidenti Volodimir Zelenski İsveçrənin Davos şəhərində NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
Ukrayna prezidentinin X mikrobloqunda qeyd etdiyi kimi, görüş zamanı o, alyansa davamlı dəstəyə görə təşəkkür edib.
“Biz cəbhə xəttindəki vəziyyəti müzakirə etdik. Baş katibə Rusiyanın son irimiqyaslı hava hücumları barədə məlumat verdim və Ukraynanın hava hücumundan müdafiəsini daha da gücləndirməyin vacibliyini vurğuladım”, -deyə Zelenski yazıb.
Onun sözlərinə görə, söhbət zamanı tərəflər digər müdafiə ehtiyaclarını da müzakirə ediblər.
“Biz hər ikimiz Böyük Britaniya və Ukrayna arasında G7 Vilnüs Bəyannaməsinə əsaslanan təhlükəsizlik sazişinin vacibliyini qeyd etdik. Mən Ukraynanın analoji sazişlər üzrə tərəfdaşlarla hazırkı işi barədə məlumat verdim və Ukrayna NATO-ya daxil olana qədər qüvvədə qalacaq belə sənədlərin imzalanmasının vacibliyini vurğuladım.
Biz Vaşinqtonda NATO sammitinə hazırlığı müzakirə etdik. Mən vurğuladım ki, Ukrayna onun Alyansa üzvlüyünü yaxınlaşdıracaq qərarlar gözləyir”, – deyə o, əlavə edib.
Yeganə






