ABŞ Mərkəzi Komandanlığı “X”-də bildirib ki, Yəməndə Husilərin raket buraxılış sistemlərinə raket zərbələri endirilib. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
“CENTCOM” hesab edir ki, zərbələr husilər tərəfindən Qırmızı dənizdə ticarət gəmiləri üçün yaranan təhlükəni azaltmağa kömək edir.
“CNN”-in məlumatına görə, zərbədə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərindən və sualtı USS Florida gəmisindən atılan “Tomahawk” qanadlı raketlərindən istifadə edilib.
Havar Şəfiyeva






