"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Tofiq Sadıqov və ortaqları Prezidenti aldatdı – ŞOK

01 Mart 2015 - 22:26
in MANŞET

Tofiq Sadıqov saxta diplomlunu “qalib edib”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

totusssstBir çox media orqanlarında dəfələrlə Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqovun öz işində yol verdiyi ciddi nöqsanlardan bəhs edən tənqidi materiallar dərc edilib. Həmin materiallarda bildirilirdi ki, bu məmurun yol verdiyi qanun pozuntuları yerli ictimaiyyətin, xüsusən də pedaqoji heyətin narazılıqlarını son həddə çatdırıb. Kütləvi informasiya vasitələri tərəfindən fəaliyyəti, şəxsi və peşəkar keyfiyyətləri mütəmadi olaraq obyektiv tənqidə məruz qoyulan Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov, barədə Hefteaz.tv-ə daxil olan məlumatlarda yenidən rüşvətxorluq, mənimsəmə və digər korrupsiya hallarında ittiham olunur. Lakin bütün bu ifşaedici məlumatlara baxmayaraq bu məmur hələ də öz qanunsuz əməllərinə davam etməkdədir. Aldığımız məlumatda qeyd olunur ki, Tofiq Sadıqov hətta Maliyyə nazirinin göstərişi ilə bu yaxınlarda Beyləqanda aparılmış yoxlamadan da öz qazancı üçün yararlana bilib. Belə ki, mənbənin iddiasına görə Maliyyə Nazirliyinin yoxlamalarını “yola salmaq” üçün RTŞ müdiri hər müəllimdən 10, texniki işçilərdən isə 5 manat toplanmasına dair göstəriş verib. Məlumat üçün qeyd edək ki, hazırda Beyləqanın təhsil müəssisələrində 1982 nəfər müəllim, təxminən 300 texniki işçi çalışır. Bu isə yığılan pulun ümumi məbləğinin 20 min manatdan çox olduğunu deməyə imkan verir. Mənbənin bizə verdiyi məlumata görə, Tofiq Sadıqov fürsəti boşa verməyərək yığdığı qanunsuz pullardan heç kimə “pay” verməsə də, onu Təhsil Nazirliyində çalışan bir şəxslə yarı bölməyə məcbur olub. Buna səbəb isə RTŞ müdirinin yeni qanunsuz “yığımı” haqda nazirlikdəki həmin şəxsin xəbər tutması olub. Digər tərəfdən isə, bir müddət əvvəl ölkə mətbuatında bu məmurun əslində tutduğu vəzifəyə müvafiq ali təhsilinin belə olmadığına dair məlumatlar yayımlanmışdı. Həmin məlumatlarda bildirilirdi ki, Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqovun diplomu saxtadır və o, bu sənədi 1979-cu ildə əldə edib. Mənbənin sözlərinə görə, həmin diplom birüzlüdür. Yəni, adi kağız parçasından bir o qədər də fərqlənmir. Bu xüsusda bizim aldığımız məlumatda isə bildirilirdi ki, sözügedən saxta sənəd əldə edilən zaman Tofiq Sadıqov həbsdə olub. Belə olduğu halda, təbii ki, bu RTŞ müdirinin hər hansı qanunsuz əməlinə təəccüblənmək lazım deyil. Elə bu yaxınlarda Elvin Abbasov adlı saxta diplomlu başqa bir “müəllimin” də Tofiq Sadıqovun səyləri nəticəsində “Ən yaxşı müəllim””müsabiqəsinin qalibi olması əslində adi hal kimi qəbul olunmalıdır. Aldığımız məlumata görə, bir müddət bundan əvvəl Tofiq Sadıqov tərəfindən Azərbaycan Müəllimlər İnistitutun Zaqatala filialından Abbasov Elvin Sevindik oğlunun adına saxta diplom alınmışdır. Bundan sonra isə saxta diplom sahibi olan Elvin Abbasov Prezident İlham Əliyevin 17 dekabr 2014-cü ildə imzaladığı sərəncama əsasən keçirilmiş 2013/2014-cü tədris ilində “Ən yaxşı müəllim””müsabiqəsinə qatılmışdır. Aldığımız məlumatda ən çox diqqəti çəkən məlumat isə bu oldu ki, Elvin Abbasov yenə də Tofiq Sadıqovun və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin dəstəyi ilə həmin müsabiqənin qalibi də olub. Bu maxinasiya isə Tofiq Sadıqova və Vaqif Abdullayevə saxta diplomun düzəldilməsi üçün 8 min manat, Elvin Abbasovun Beyləqan rayon 6 saylı orta məktəbinə tarix müəlllimi vəzifəsinə işə qəbulu üçün 3 min manat, müsabiqədə iştirakına görə 6 min manat və nəhayət “qalibin” mükafatlandırıldığı 5 min manat da daxil olmaqla ümumilikdə 22 min manat qazandırıb… Bu isə dövlət başçısının aldadılması deməkdir. Belə ki, Beyləqan rayon təhsil idarəsinin müdiri Tofiq Sadıqov tərəfindən Azərbaycan Müəllimlər İnistitutun Zaqatala filialından Abbasov Elvin Sevindik oğlunun adına alınmış saxta diplomdan və AMİ rektoru Aqiyə Naxçıvanlının və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin Tofiq Sadıqovla birləşərək prezident İlham Əliyevi aldatmışdılar.Saxta diplom sahibi olan Abbasov Elvin Sevindik oğlu Prezident İlham Əliyevin 17 dekabr 2014-cü ildə imzalamış “2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim””müsabiqəsinin qaliblərini müəyyən edən sərəncamla qalib elan olunub. Təbii ki, bu zaman adı hallanan hər 3 məmurun prezidenti aldatması gün kimi aydın olur Mövzu ilə bağlı daha geniş yazını və saxta diplomun surətini yaxın günlərdə yayımlayacağıq. Yazıda adları çəkilən şəxsləri dinləməyə hazırıq… Hefteaz.tv

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sürücülərin nəzərinə: Qanuna edilmiş dəyişikliklər qüvvəyə mindi

Next Post

BMT: təkcə fevralda 1100 iraqlı öldürülüb

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

BMT: təkcə fevralda 1100 iraqlı öldürülüb

Pulun var? var, var??? (VİDEO)

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.