Paris Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün qeyri-kafi sayda mərmi istehsal edir. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Fransa Senatının Xarici İşlər, Müdafiə və Silahlı Qüvvələr Komissiyasının sədri Sedrik Perren deyib.
“İldə 20 min 155 mm mərmi istehsal edirik. Bu o deməkdir ki, Fransa Ukrayna Silahlı Qüvvələrinin 3-4 günlük döyüşdə xərclədiyi qədər məhsul istehsal edir”.
Senatorun sözlərinə görə, Ukraynanın Fransadan yeni silah təchizatına da ehtiyacı var.
Havar Şəfiyeva






