Qərb Ukraynanı məhv edir, əhalisini məhv edir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor sosial şəbəkədəki hesabında bildirib.
“Əslində Ukrayna xalqı yəqin ki, ölüb. Milyonlarla ukraynalı ölkəni tərk edib və bir daha geri qayıtmayacaq”, – deyə o yazıb.
Makqreqorun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bütün münaqişə boyu böyük itkilər verib, ölkənin özü isə məhv olmaqda davam edir.
Havar Şəfiyeva






