“ABŞ prezidenti Co Bayden ABŞ-ı məhv etdi, lakin onun yaxşı niyyəti ola bilərdi”.
Elchi.az Foxnews.com-a istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
“Ölkəmizi məhv etdi, cənub sərhədində baş verənlər fəlakətdir. Onun etdiyi hər şey fəlakətdir, qoşunların Əfqanıstandan çıxarılması ölkəmizin tarixində ən biabırçı məqama çevrilib. Düşünürəm ki, onun etdikləri dəhşətli idi. Ola bilsin ki, onun yaxşı niyyəti olub, amma səriştəsizdir”, – deyə Tramp bütün prezidentlərin toxunulmazlığının vacibliyindən danışıb.
Tramp vurğulayıb ki, prezident üçün toxunulmazlıq yoxdursa, növbəti administrasiya rəhbərinin onu günahlandıracağından qorxaraq, lider üçün nəsə etmək çətin olacaq.
ABŞ-ın apellyasiya məhkəməsi Trampın prezident kimi etdiyi hərəkətlərə görə təqiblərdən immunitetinin olub-olmamasını nəzərdən keçirir. 2021-ci ilin yanvarında Kapitoliya təpəsində baş verən iğtişaşlarla bağlı işdə Trampın müdafiəsi onun belə toxunulmazlığa malik olduğunu müdafiə edib. Prokurorlar Trampın ABŞ administrasiyasının rəhbəri olarkən atdığı bəzi addımlara görə mühakimə oluna biləcəyini iddia edirlər.
Yeganə






