
Rusiyada Avropa ərzaq məhsullarının idxalına qoyulan qadağa fonunda bu məhsulların defisitini Azərbaycan aradan qaldıra bilər.
Azvision.az-ın “Rosbalt”a istinadən verdiyi məlumata görə, bu barədə açıqlamasında Rusiya Dövlət Dumasının deputatı, Maliyyə bazarı üzrə komitə sədrinin müavini Dmitriy Savelyev bildirib.
“Avropadan Rusiyaya ərzaq məhsullarının idxalına qoyulan qadağa bu ölkələrə 5-6 milyard avro zərər vurub. Azərbaycan bu ərzaq idxalının əhəmiyyətli hissəsini kompensasiya edə bilər. Rusiya istehlakçısı üçün “qiymət-keyfiyyət” münasibətində Azərbaycan tərəvəz və meyvələrinin tayı-bərabəri yoxdur. Şübhəsiz ki, Azərbaycandan gətirilən məhsullar öz dadı və ekoloji keyfiyyətinə görə, Asiyada kimyəvi preparatlarla yetişdirilən və ya Avropada qeyri-təbii yolla becərilən analoji məhsulları üstələyir”, – deyə deputat vurğulayıb.



