Türkiyə xarici işlər naziri Hakan Fidan BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclasında iştirak etmək üçün yanvarın 23-də Nyu Yorka gedəcək.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin X səhifəsində məlumat yayılıb.
Onun səfər çərçivəsində ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.






