ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasından namizəd olmaq hüququ uğrunda mübarizə aparan rəqibini – Birləşmiş Ştatların BMT-dəki keçmiş nümayəndəsi və Cənubi Karolina ştatının keçmiş qubernatoru Nikki Heyli hər zaman müharibələrə başlamaq istəməkdə ittiham edib. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Siyasətçi ABŞ-dan “istirahətçiləri” qovacağına söz verib. “Biz hər zaman müharibəyə başlamaq istəyən insanları qovacağıq. Nikki onlardan biridir: “Gəlin hər yerdə hamını öldürək və raket istehsalçılarına çoxlu pul qazanaq” – deyə o bildirib.
Tramp həmçinin bildirib ki, ABŞ III Dünya Müharibəsinə hamının düşündüyündən daha yaxındır. Siyasətçi Yaxın Şərqdə artan gərginliyi tənqid edib və prezident seçkilərində qələbə qazandıqdan dərhal sonra Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib.
Qeyd edək ki, bundan əvvəl Florida ştatının qubernatoru, respublikaçı Ron Desantis ABŞ-da prezident seçkilərində iştirakdan imtina etdiyini açıqlamışdı. O qeyd edib ki, onunla fikir ayrılıqlarını etiraf etsə də, partiya yoldaşı Trampı dəstəkləyəcək.
Havar Şəfiyeva






