İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Avropa İttifaqını (Aİ) İsrailin Qəzza zolağına hücumlarını dayandırmağa və Fələstin dövlətini tanımaq üçün addımlar atmağa çağırıb.
Elchi.az xəbər verir ki, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri toplantısının girişində mətbuata açıqlama verib.
İki dövlətli həllin və Fələstin dövlətinin tanınmasının reallığa çevrilməsinin vaxtının çatdığını bildirən Albares, həm Fələstin dövlətinin tanınması, həm də beynəlxalq sülhün təşkili üçün Aİ-nin bütün üzv dövlətləri ilə görüşdüklərini qeyd edib.
Nuranə Məmmədova





