Hindistana qaçan Myanma əsgərlərini götürməyə gedən Myanma ordusuna aid təyyarənin uçuş zolağından çıxaraq sürüşməsi nəticəsində 8 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Yerli rəsmilər Hindistanın şimal-şərqindəki Mizoram əyalətinin hava limanına enən Myanma ordusuna aid təyyarənin uçuş-enmə zolağından çıxdığını bildirib.
Səlahiyyətlilər, sözügedən təyyarənin Hindistana qaçan Myanma əsgərlərini geri götürmək üçün gəldiyini ifadə edərək, təyyarədəki 14 nəfərdən 8-nin yaralandığını qeyd edib.
Yaralıların xəstəxanaya çatdırıldığı bildirilsə də, onların vəziyyəti ilə bağlı məlumat paylaşılmayıb.
Şayəstə Hüseynova






