Macarıstanın baş naziri Viktor Orban isveçli həmkarı Ulf Kristerssonu İsveçin NATO-ya qəbulu məsələsini müzakirə etmək üçün ikitərəfli görüş keçirməyə dəvət edib. Elchi.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Bu gün mən Baş nazir Ulf Kristerssona dəvət məktubu göndərdim deyən Orban iclasın gündəliyinə İsveçin NATO-ya daxil olması ilə bağlı danışıqların olacağını qeyd edib.
Kristersson daha əvvəl bildirib ki, İsveç xarici çağırışlar və ölkə daxilindəki cinayətkar dəstələrin fəaliyyətləri səbəbindən İkinci Dünya Müharibəsindən bəri ən pis təhlükəsizlik vəziyyətindədir.
Havar Şəfiyeva






