"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Razi Nurullayev Milli Şuradan çıxarılacaqmı?

03 Mart 2015 - 09:20
in SİYASƏT

“Milli Şuraya daxil olan hər bir insan xüsusi bir filtrdən keçirilir” img1753919

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Bir həftə öncə AXCP-dən istefa verən Razi Nurullayevin Qərb ölkələrinin səfirliklərinin gözündən salınması üçün adıçəkilən partiyanın rəhbərliyinə daxil olan bir sıra şəxslər tərəfindən təbliğat aparılır. Təbliğatın ana xətti ondan ibarətdir ki, həmişə qərbyönümlü mövqeyi ilə seçilən R.Nurullayev hakimiyyət dairələrinin təsiri altında Qərbə asi çıxıb və artıq Moskva meylli xəttə üstünlük verir.

Razi Nurullayev isə bu təbliğatın böhtan olduğunu bildirir. Bu barədə dünən “Yeni Müsavat”a açıqlamasında R.Nurullayev dedi ki, səfirliklərdə görüşləri davam edəcək, Böyük Britaniya və ABŞ səfirliyi ilə görüşləri olacaq: “Mənim mətbuat konfransımdan sonra belə bir fikir onlarda yarana bilərdi ki, guya mən onların üzərinə haqsız olaraq gedirəm.
 Ona görə də mən sonradan açıqlama yaydım ki, mən hətta yalan detektorundan da keçməyə hazıram. Yəni mənim heç bir halda nə ABŞ, nə Britaniya səfirliyini günahlandırmaq fikrim olmayıb. Mətbuat konfransında da demişdim ki, onlarla hər zaman görüşüm olub və onların hər hansı məlumatını heç zaman ortaya çıxarmamışam, onlara qarşı heç bir fəaliyyətdə bulunmamışam. Əli Kərimli mənə həmin sözləri deyəndə də mənim cavabım o oldu ki, deyilənlərə inanmıram. Bunu səfirliklərə yazılı müraciətimdə də qeyd etmişəm. İkincisi, AXCP-nin rəhbərliyinə daxil olan şəxslərin də mənim üzərimə gəlməsi tanış ssenaridir. Heç bir ləkəli fəaliyyətdən uzaq durmamağa həmişə üstünlük veriblər. Bu oyunların çoxu AXCP-nin mərkəzindən qaynaqlanır. Bütün oyunlar orada qurulur. Çox təhlükəli tendensiyadır. Mən heç zaman moskvapərəst ola bilmərəm. Hər zaman qərbyönümlü olmuşam, indi də bu mövqedəyəm. Azərbaycanın işıqlı gələcəyini, müstəqilliyinin təminatını Qərbə inteqrasiyada görürəm. Bu mənim qəti mövqeyimdir”.
Qeyd edək ki, hazırda Razi Nurullayev Milli Şuranın üzvüdür. Onun AXCP-nin təzyiqi ilə Milli Şuradan çıxarılması gözləniləndirmi?
R.Nurullayev hesab edir ki, belə bir addımın atılması gözləniləndir: “Mən heç bir zaman Azərbaycanda yaradılan koalisiyaların, birliklərin müstəqil və neytral olduğu düşüncəsində olmamışam. Bu gün də beləyəm. Milli Şurada da Əli Kərimlinin təsir imkanları mövcuddur. Milli Şuraya daxil olan hər bir insan xüsusi bir filtrdən keçirilir, əvvəlcədən söhbət aparılır, məqamlar razılaşdırılır və bundan sonra qəbul həyata keçirilir. Müstəqil fikirli insanları, Əli Kərimlinin siyasətini tənqid edən insanları isə qəbul etmirlər. Orada əvvəldən gəlmiş müstəqil fikirli ziyalı insanlar da var. Amma o insanlar hələlik susmağı üstün tuturlar. Onlara mən haqq qazandırıram. Ona görə ki, bu gün onlar hər hansı fikir bildirsələr, Əli Kərimlinin ətrafı tərəfindən vətən xaini elan olunacaqlar”.
R.Nurullayev onu dedi ki, şəxsən özünün Milli Şuradan istefa vermək fikri yoxdur: “Milli Şurada o insanlar təmsil olunmalıdır ki, müstəqil fikir söyləyə bilirlər. Əli Kərimlinin inhisarında deyillər”.     
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İcra başçısının qardaşı oğlu sərxoş halda 8 maşını əzdi – Film kimi qəza

Next Post

İrəvanın Qarabağdakı “seçki” şousu

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

İrəvanın Qarabağdakı “seçki” şousu

Elmar Hüseynov anıldı – FOTOLAR, VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.