"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Elmar Hüseynov anıldı – FOTOLAR, VİDEO

03 Mart 2015 - 09:37
in MANŞET

Anım mərasiminə mərhum baş redaktorun yaxınları, dostları, siyasi-ictimai xadimlər, partiya sədrləri və jurnalist 1deb1de01538həmkarları qatılıblar

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

2005-ci il martın 2-də qətlə yetirilən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin 10 ili tamam olub. Bu təqvimlə bağlı keçirilən anım mərasiminə mərhum baş redaktorun yaxınları, dostları, siyasi-ictimai xadimlər, partiya sədrləri və jurnalist həmkarları qatılıblar.

Tədbirdə ilk olaraq çıxış edən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirdi ki, Elmar Hüseynovun qətli bütün Azərbaycan mediasına bir mesaj idi: “10 il öncə, martın 2-də Elmar Hüseynov evinə qayıdarkən mənzilinin qarşısında qətlə yetirildi. Ona 6 güllə atılmışdı və onlardan birini onun ağzına sıxmışdılar. Bu onu göstərir ki, Elmar məhz sözünə, mövqeyinə görə öldürülüb. Bu, bütün Azərbaycan jurnalistikasına bir mesaj idi. Və həmin qətldən sonra Azərbaycan mətbuatının ağır günləri başladı. Biz 10 ildir ki, Elmarın məzarı üzərinə gəlirik, onu yad edirik. Biz bununla növbəti ildə də mübarizəmizə davam etmək üçün özümüzdə güc toplayırıq”.
Milli Şuranın sədri Cəmil Həsənli həmin günü  xatırladı: “15-20 dəqiqə sonra biz hadisə yerində idik. Hava qaranlıq idi. Hadisədən xəbər tutan oraya gəlmişdi. Hətta hakimiyyət nümayəndələri də… Mən Rusiya hakimiyyətinin Boris Nemtsovun qətli ilə bağlı verdikləri bəyanatı eşidəndə heyrətləndim. Çünki eynilə həmin məzmunda bəyanat Elmarın qətli zamanı da verilmişdi”. 
Müsavat Partiyasının başqanı Arif Hacılı dedi ki, 10 il bundan əvvəl Elmar Hüseynovun qətlə yetirilməsi xəbərini 14 saylı cəzaçəkmə müəssisəsində alıb: “Təsadüf elə gətirmişdi ki, Elmarla son görüşümüz də 14 saylı həbsxanada olmuşdu. Onun qətlindən keçən bu 10 il ərzində Azərbaycan hakimiyyətinin apardığı siyasət dəyişməyib. Dəyişiklik olubsa da, pisə doğru olub. Bu gün Azərbaycanda 100-ə yaxın siyasi məhbus var. Elmarın qatillərinin həbs edilməsi üçün Azərbaycanda hakimiyyət dəyişikliyi olmalıdır. Çünki hakimiyyət heç vaxt Elmarın qatillərini tapıb həbs etməyə çalışmayıb. Azərbaycan prokurorlarının Elmarın qatilləri olaraq, elan etdikləri şəxslər hələ də həbs edilməyiblər, olar rahat şəkildə Gürcüstanda yaşayırlar. Necə olur ki, hakimiyyət həbs etmək istədiyi şəxsi başqa ölkədə belə olsa, tutub gətirə bilir, amma bu illərdə Elmarın qatili dedikləri cinayətkarlar həbs edilmir?” 
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn dedi ki, zaman keçsə də, nə Elmarın qətli, nə də onun qatilləri unudulmayacaq: “Nə zaman ki, qatillər həbs ediləcək, o zaman bizim ürəyimiz sakitləşəcək. İlham Əliyev 10 il öncə söz vermişdi ki, Elmarın qatilləri həbs ediləcək. Amma hələ də heç bir nəticə yoxdur. 10 il öncə Elmarın ölümündən sonra bizi-2003 seçki məhbuslarını həbsdən azad etdilər. Yəni bizim üzərimizdə onun şəxsi bir haqqı var. Allah bizə o günü qismət eləsin ki, ona borcumuzu ödəyə bilək”.
Əvəz Zeynallı bildirdi ki, Elmar Hüseynovu daima vuruşan, döyüşən jurnalistlərin simvollarından biri  hesab edir:“Biz 90-cı illərin sonlarında müstəqil mətbuatın zaman-zaman sıradan çıxdığının şahidi olduq. Əsasən 1997-1998-ci illərdən başlayan proses Elmarın ölümü ilə yeni bir mərhələyə qədəm qoydu. Çünki müstəqil mətbuat böyük təzyiqlərə dirəniş göstərirdi. Əvvəlcə həbslər başladı. Jurnalistləri 2 il, 3 il müddətində həbs etməyə başladılar. Gördülər ki, nəticə əldə olunmur, növbəti mərhələdə keçdilər 8 ilə, 9 ilə, 10 ilə… İndi ən gülünc ittihamlarla həbs edilən, həbsxanada saxlanılan silahdaşlarımız var. Tofiq Yaqublu, Pərviz Həşimli, Nicat Əliyevi misal çəkmək olar. Siyasi məhbuslardan elə adamlar var ki, cəmiyyət onları tanımır. Amma onlar Azərbaycan üçün faydalı insanlardır”.  
Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Elmarın atasını, ötən il vəfat edən Sabir Hüseynovu xatırlatdı:“Biz bu müqəddəs məkana gələndə Sabir müəllim də bizimlə olurdu. Bu pilləkənləri birlikdə enirdik. Çox təəssüf ki, Sabir müəllim də öz oğlunun qatillərinin cəzalanmasını görmədən dünyasını dəyişdi. Qətl baş verəndə dedik ki, Elmarın qətlinin arxasında hakimiyyət dayanır. Hər il də buraya gələrək, eyni sözləri təkrar edirik. Hadisədən 10 il keçib. Və hələ də qatillər həbs edilməyiblər. Bu da bizim 10 il əvvəl dediyimiz sözləri təsdiq edir”. 
AXCP sədri Əli Kərimli: “Bu gün Azərbaycanın Elmarsız, onun körpə oğlu Aslanın atasız qalmasından 10 il ötür. Mən də həmin günləri yaxşı xatırlayıram. Həmin günlərdə Elmarın normal dəfninə belə imkan vermək istəmirdilər. Elmarın dostlarının, ailəsinin fədakarlığı sayəsində onu burada layiqli dəfn etdilər. Elmarı qətlə yetirənlər öz istəklərinə nail oldularmı? Qismən, hə… Amma onlar tam olaraq qalib gələ bilməyiblər. Azərbaycan cəmiyyəti susmayıb və susmayacaq”. 
E.Hüseynov 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Qətldən az sonra – 2005-ci il martın sonlarında Turqay Bayramov adlı şəxs saxlanıb. O, qətldə şübhəli bilinən Teymuraz Əliyev və Tahir Xubanova (Turqay Bayramov Teymuraz Əliyevin xalası oğludur) saxta sənədlərlə telefon nömrəsi almaqda təqsirləndirilib və Cinayət Məcəlləsinin 320.1 (sənədlərin saxtalaşdırılması) maddəsi ilə iki il müddətinə azadlıqdan məhrum edilib. Hüquq-mühafizə orqanlarının versiyasına görə, T.Bayramovun aldığı telefon nömrələrindən Elmarın qətlində istifadə olunub. T.Bayramov 2007-ci ilin martında cəzasını başa vuraraq azadlığa çıxıb.
1967-ci ildə Bakıda anadan olan E.Hüseynov İnşaat Mühəndisləri Universitetini bitirib. Jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışan jurnalist daha sonra “Monitor” jurnalını təsis edib. Jurnal əvvəl ayda bir dəfə, daha sonra həftədə bir dəfə nəşr olunub.
Ölümündən sonra Azərbaycanda Elmar Hüseynovun adını daşıyan ictimai qurum – fond yaradılıb.
Məhəmməd TÜRKMƏN
Fotolar, video müəllifindir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İrəvanın Qarabağdakı “seçki” şousu

Next Post

Ticarət mərkəzlərində bahalaşma

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Ticarət mərkəzlərində bahalaşma

İsrail baş naziri ABŞ-la fikir ayrılığının artdığını deyir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.