"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Gürcüstanda tutulan 2 ton 790 kiloqramlıq heroinlə bağlı mübhəm məlumatlar

01 Avqust 2014 - 00:54
in GÜNDƏM

Heroin ölkəmizə daha artıq çəkidə daxil olub; Aran rayonlarının birində saflaşdırılıb, Sumqayıtda img1604713qablaşdırılıb!

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlum antiheroin əməliyyatından 20 gün ötdü. Bu əməliyyat Qafqaz respublikaları üzərindən daşınan və ələ keçən fantastik qiymətdə, rekord çəkidə olan narkotik partiyası idi – 2 ton 790 kiloqram saflaşdırılmış əfqan mənşəli heroin! Azərbaycan ərazisinin Əfqanıstandan Avropaya uzanan narkotik yolunun bir hissəsi olması ən müxtəlif beynəlxalq təşkilatların hesabatlarında yer alıb. Ölkəmizin yerləşdiyi coğrafi ərazi Azərbaycanı narkomafiya üçün çox önəmli bir məkana çevirib. Yerli məmurlar da bu faktı təkzib etmirlər. Narkoyol zəncirinin bir halqası da qonşu Gürcüstandır. İllərdir ki, narkomafiya Əfqanıstandan İrana, İrandan ölkəmiz üzərindən Gürcüstana, oradan Türkiyə üzərindən  keçirməklə Avropaya “ağ ölüm” daşıyır. Ümumiyyətlə isə narkotiklərin daşınmasında şimal və cənub marşrutu var. Həmin marşrutlar bunlardır: Əfqanıstan-İran-Azərbaycan-Gürcüstan-Avropa. Əfqanıstan-Orta Asiya-Azərbaycan-Gürcüstan-Avropa. Əfqanıstan-İran-Azərbaycan-Rusiya-Avropa. Əfqanıstan-İran-Dağlıq Qarabağ-Ermənistan.
Beynəlxalq narkotrafikin mühüm zənciri olan Azərbaycanda bir neçə narkotik saflaşdırma məntəqəsinin varlığı haqda ötən illərdə yazılar dərc etmişik. Son məlumatlara görə Gürcüstanda tutulan yükün çəkisi Azərbaycana daxil olarkən artıq olub! Həmin yükün bir hissəsinin ölkəmizdə qaldığı və saflaşdırıldığı iddia olunur. Saflaşdırma ərazisi kimi Aran rayonlarından biri, yükün təkrar qablaşdırma ərazisi kimi isə Sumqayıt şəhəri göstərilir. Qeyd olunur ki, narkomafiyanın Azərbaycanda olduğu kimi Gürcüstan ərazisində də dayaq məntəqələri  var. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) narkotiklərin qanunsuz dövriyəsinə qarşı idarədə məsul vəzifə tutmuş, hazırda təqaüddə olan Arzu Nağıyev “Yeni Müsavat”a müsahibəsində demişdi ki, Gürcüstanda da belə məntəqələr var: “Gürcüstan həmin yükü harada tutulmasını açıqlamır. Niyə? Həmin yük Azərbaycan ərazisindən daşınanda bir adda, Gürcüstanda tutulanda isə başqa adda olub. Həmin yükün adını, daşındığı qablar üzərindəki etiketləri kim dəyişib? Ola bilsin ki, Gürcüstanın ərazisində “perevaloçnı punkt” (keçid, tranzit məntəqəsi) var! Yəni Azərbaycandan başqa mal aparılıb və həmin yükün “perevaloçnı punkt”da tərkibi dəyişdirilib, üzərinə başqa malın etiketləri vurulub. Gürcüstan polisi həmin malı Türkiyə ilə sərhəddə tutub. Yəni Azərbaycan sərhədini keçən kimi tutmayıblar. Həmin maşın Gürcüstan ərazisi ilə on kilometrlərlə yol gedib. Həmin marşrut üzərində “perevaloçnı punkt”un olmasını istisna etmirəm. Azərbaycan sərhədində heç kim o boyda partiya heroini buraxmaz” – deyə Arzu Nağıyev bildirmişdi.
A.Nağıyev bu məqama təsadüfən toxunmur. Mümkündür ki, o, konkret məlumata əsaslanaraq belə bir fikir söyləyir. Belə olan halda narkoşəbəkənin Gürcüstan ərazisində ölkəmizdə olduğu kimi qüsursuz çalışa bilməməsinin səbəbi nədir? Məlumdur ki, narkomafiyanın ərazisindən narkotik daşıdığı ölkələrdə güclü himayəçiləri olur. Azərbaycan da, Gürcüstan da bu baxımdan istisna deyil. Gürcüstanda məlum əməliyyatın baş tutmasının göz önündə olan səbəblərindən biri və ən əsası hakimiyyət dəyişikliyi, əsas postlara yeni kadrların təyin olunması, bu Qafqaz ölkəsinin okeanın o tayından idarə edilməsidir. Sonda bir məqama da toxunaq. Rəsmi məlumatlara görə 1 kiloqram heroinin qiyməti 60 min dollardır. Həmin rəqəmi 2 ton 790 kiloqrama vursaq 167 milyon 400 min dollarlıq heroinin cəmi 1 maşınla ölkəmiz ərazisindən keçdiyini görürük. Narkomanlar arasında “Tanrının göz yaşı” adlandırılan bu yükün Azərbaycan ərazisindən sərbəst keçməsi, heç şübhəsiz ki, böyük pullar hesabınadır. Və bu çirkli paranın sıradan bir narkobaronun cibinə axması sadəcə inandırıcı deyil. O səbəbdən ki, həmin narkobaronun yükün hüquq mühafizə orqanlarının əlinə keçməyəcəyinə qarantiya verməsi 167 milyonluq həmin yükün daşınmasından hansı vəzifəlinin və neçə faiz alması, qazanması sualı bu gün də açıq olaraq qalır.
Xatırladaq ki, iyulun 11-də Gürcüstan Daxili İşlər Nazirliyi beynəlxalq narkotrafikin qarşısının alınması haqda rəsmi məlumat yayıb. Bəlli olub ki, Azərbaycandan Gürcüstan ərazisinə daxil olan yük maşınında 2 ton 790 kiloqram “maye heroin” tutulub. Gürcüstan güc strukturlarının əməkdaşları avtomaşının yük yerində içərisində heroin olan 93 ədəd 30 kiloqramlıq çəllək aşkar ediblər. İki nəfər Gürcüstan vətəndaşı saxlanılıb.
Mövzuya qayıdacağıq.
E.MƏMMƏDƏLİYEV

 

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyevdən 7 milyonluq- Sərəncam

Next Post

Terrorçular dövlətlərlə girov alverində – New York Timesdən sensasion yazı

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Terrorçular dövlətlərlə girov alverində - New York Timesdən sensasion yazı

ABŞ-ın Ermənistandakı səfiri həyəcan təbili çaldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.