“Gec-tez Ermənistan Respublikasının himni dəyişdirilməlidir, himn erməni musiqisi ilə əlaqəli olmalıdır”.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin sədri Alen Simonyan Teleqram səhifəsində yazıb.
O, həmçinin əlavə edib: “Ermənistanın hazırkı himni milli deyil. Fikrimcə, himndə möhtəşəm, misilsiz və maksimum erməni musiqisi olmalıdır.
Məncə, gerbin dəyişdirilməsi məsələsini də müzakirə etməliyik”.
Yeganə






