Fransa Ukraynaya cəsədləri axtarmaq üçün öyrədilmiş 4 xilasedici it göndərmək qərarına gəlib.
Elchi.az bu barədə Francebleu.fr-ya istinadən xəbər verir.
Qeyd olunur ki, itlər fevralın 7-də Ukraynaya aparılacaq və orada binaların xarabalıqlarında bomba qurbanlarının axtarışında istifadə olunacaq. Ukraynalı it qulluqçuları heyvanların təlimini təkmilləşdirmək və daha effektiv axtarış əməliyyatları üçün onlara yaxınlaşmaq üçün bir neçə həftə itlərlə məşq ediblər.
Bundan əvvəl Fransa Milli Assambleyasının üzvü, “Qalx, Fransa” siyasi hərəkatının lideri Nikola Düpon-Aignan bildirmişdi ki, Qərb dövlətləri Ukraynaya silah verməklə ölkəni müdafiə etmir, əksinə, məhv edirlər. Siyasətçinin sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın göstərişi ilə hərbi əməliyyatları davam etdirir.
Yeganə






