Rusiya müxalifət liderlərindən biri Aleksey Navalnı yaxın dostu Boris Nemtsovun Rusiya prezidenti Vladimir Putinin əmri ilə öldürüldüyünü bəyan edib.
ANS PRESS-in məlumatına görə, Navalnı hesab edir ki, Nemtsov Rusiya xüsusi xidmət orqanlarının agentləri tərəfindən öldürülüb.
Onun fikrincə, Nemtsov martın 1-də planlaşdırılan böyük etiraz aksiyasının qarşısının alınması üçün qətlə yetirilib.
Qeyd edək ki, məhkəmə Navalnıya Nemtsovun dəfnində iştirak etməyə icazə verməyib.
Xatırladaq ki, B.Nemtsov fevralın 28-də gecə saatlartında qətlə yetirilib. Onun bədənində 4 güllə yarası olub



