"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Məmmədovların rəqiblərinə “kodlu” barmaq işarəsi

03 Mart 2015 - 23:29
in MANŞET

Məmmədovların rəqiblərinə “kodlu” barmaq işarəsiZiya Məmmədovun qardaşı oğlu keçmiş gəmi bosunun “çatısı” altında; Onların çöküşünü gözləyənlərlə Aynar Məmmədovun əl işarəsinin nə əlaqəsi?; Deputat oğlunun kafe-restoranın yerləşdiyi “Glass Plaza” ticarət mərkəzi bir vaxtlar nəqliyyat naziri ilə yola getməyən Xəzər Dəniz Gəmiçilik İdarəsinin sabiq rəisi Aydın Bəşirova məxsusdur

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Milli Məclisin deputatı Elton Məmmədovun oğlu, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu  Aynar ötən həftə nəhayət ki, “Glass Plaza” əyləncə və ticarət mərkəzində kafe-restoranının açılışını etdi.
Aynar Məmmədov belə bir kafe açmaq istəyini hələ ötən ilin noyabrında vəd etmişdi. O, sosial şəbəkədəki səhifəsində məlumat vermişdi ki, belə bir kafe-restoran açacaq.
Qeyd edək ki, bu o zamanlar idi ki, avtoxuliqanlıq və sosial şəbəkələrdə paylaşdığı fotolarına  görə Aynar Məmmədov ciddi qınağa tuş gəlmişdi. Bu da səbəbsiz deyildi. Çünki nazirin qardaşı oğlu ilə bağlı qalmaqal  prezidentin ötən ilin fevralın 5-də keçirdiyi müşavirədən sonra-fevral ayının 13-də ortaya çıxmışdı. Sözügedən müşavirədə prezident harın məmurlar və onların övladlarını sərt tənqid etmişdi.
Nazirin qardaşı oğlunun dəbdəbəli maşınlarının fotosunun yayılması Məmmədovları hədəfə çıxarmışdı. Mediada da  Məmmədovların tezliklə hakimiyyətlə vidalaşacağı  barədə xəbərlər dolaşırdı.
Deputat isə oğlunun dəbdəbəli həyat tərzinə haqq qazandıraraq  demişdi ki, sovet İttifaqı dövründən bizneslə məşğul olduğu üçün imkanlı şəxs sayılır. “Mən indi müasir və inkişaf etmiş Azərbaycanda öz oğluma normal maşın ala bilmərəm? Mənim oğlumun avtomobilinin dəyəri 100 min manatdan aşağıdır. Azərbaycan qanunları bahalı avtomobillərin ölkəyə gətirilməsinə də imkan verir. Heç bir qanunda buna məhdudiyyət yoxdur. Camaat 100 milyona təyyarə alıb gətirir. Heç buna məhdudiyyət qoyulmur. Ancaq hansısa xarici ölkədə bahalı maşınla foto çəkilib, bunu götürüb yazırlar ki, filankəsin 500 minlik maşını var və sairə” deyən deputat Məmmədovların hədəfdə olduğunu etiraf etmişdi: “Burada söhbət oğlumdan deyil, Elton və Ziya Məmmədovlardan gedir. Bizi qaralamaq istəyirlər. Ancaq Allah da bilir ki, mən və qardaşım dövlətçiliyə və millətə xidmət edən adamlarıq”.
 
bb951b6da706 Məmmədovların rəqiblərinə “kodlu” barmaq işarəsi
Elə həmin ərəfədə Aynar Məmmədovun adı daha bir qalmaqalda —  jurnalistin döyülməsində əsas fiqurat kimi hallanmağa başladı.  Bu dəfə A.Məmmədovun əmisi, nəqliyyat naziri Ziya Məmmədov danışdı: “Mən bu məsələ gündəmə gələndə Elton Məmmədovla əlaqə saxladım. Onunla söhbət zamanı bildirdi ki, Aynarın bu məsələdə heç bir təqsiri yoxdur. Yəqin ki, bizi istəməyən qüvvələr aranı qarışdırırlar. Ümumiyyətlə, mən bu məsələlərə qarışmıram. Bir daha deyirəm ki, mən dövlətə və dövlətçiliyə, eyni zamanda cənab prezidentə xidmət edirəm”, deyə nazir vurğulamışdı. Məmmədovların təkzibinə baxmayaraq, DİN Aynarın istintaqa çağırılaraq ifadəsi alındığını təsdiq etdi. Amma sonda nəticə olmadı.
Təbii ki, belə bir qalmaqallı şəraitdə Aynarın  obyekt açması Məmmədovları  yenə də diqqətə  və qınağa tuş gətirəcəkdi. Onlar isə gözlədilər və deyəsən, Məmmədovlar üçün təhlükə tam sovuşduğundan yenidən güc ortaya qoydular. Kafe-restoranın açılışından yayılan fotolarda Məmmədovların diqqətçəkən bir mesajı da var. Aynar əlinin baş barmağını qaldıraraq “əla” işarəsini (fotoya bax) göstərir. Mümkündür  ki, bu, hakimiyyət daxilində Məmmədovlara rəqib olanlara bir acıq işarəsidir. Etiraf etmək lazımdır ki, kifayət qədər maliyyə imkanlarına sahib olan Məmmədovları hakimiyyətin içərisində sevməyənlər çoxdur. Məmmədovların çöküşünü gözləyənlərə Aynar Məmmədovun bir işarəsi də yetər. Necə deyərlər, “arifə bir işarə də yetər”.
787c94ab9de6 Məmmədovların rəqiblərinə “kodlu” barmaq işarəsi
A.Məmmədovun yeni obyekti haqqında daha bir ilginc məlumat da var. “Yeni Müsavat”ın məlumatına görə, Bakının Yasamal rayonunda, Süleyman Dadaşov küçəsində yerləşən “Glass Plaza” əyləncə və ticarət mərkəzi Xəzər Dəniz Gəmiçilik İdarəsinin sabiq rəisi Aydın Bəşirova məxsusdur. 2012-ci ildə birdəfəlik bağlanan məşhur “Şüşəli bazar”ın yerində tikilən ticarət mərkəzi 4 mərtəbəlidir. “Glass Plaza”nı “Arcon” MMC adlı türk inşaat şirkəti tikib.
Aydin Besirov11111 Məmmədovların rəqiblərinə “kodlu” barmaq işarəsi
Maraqlıdır ki, A.Bəşirovla nəqliyyat naziri arasında münasibətlərin həmişə sərin olduğu iddia olunurdu. Buna səbəb isə A.Bəşirovun birbaşa tabe olduğu Nəqliyyat Nazirliyinin kollegiya iclaslarında iştirak etməməsi göstərilirdi. A.Bəşirov işdən uzaqlaşdırılandan sonra isə bu barədə danışarkən Z.Məmmodovla dost olduğunu demişdi: “Olub ki, Ziya müəllimin iclasına mən getməmişəm, ancaq yerimə müavinimi göndərmişəm. Biz dostuq, bir yerdə işləmişik, bir əl olmuşuq”, —  deyərək yayılan xəbərləri təkzib etmişdi.
Ziya Məmmədovun qardaşı oğlunun indi A.Bəşirovun “çatısı” altında kafe açması maraq doğurur…
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Daha bir tikinti şirkəti vətəndaşın haqqını yemədə ittiham olunur

Next Post

Ərdoğan bu heykələ görə cərimələndi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Ərdoğan bu heykələ görə cərimələndi

İntiqam Əliyevin mühasibi sirləri açdı: “O seyf formal idi...”

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.