İsrailin Qəzzada törətdiyi qırğınların qarşısını almaq üçün diplomatik səylər davam edir.
Elchi.az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyi atəşkəs təklifinin İsrail tərəfindən bəyənildiyini və HƏMAS-ın da bu təklifi müsbət qarşıladığını açıqlayıb.
“Times of Israel” qəzetinin adı açıqlanmayan mənbəyə əsaslanaraq verdiyi xəbərə görə, Hərbi Kabinet bu axşam Təl-Əvivdə ilk dəfə görüşəcək.
Bildirilib ki, Hərbi Kabinetin iclası başa çatdıqdan sonra Təhlükəsizlik Kabinetinin üzvləri bir araya gələcək.
Hər iki görüşdə HƏMAS ilə mümkün əsir mübadiləsi və müvəqqəti atəşkəs məsələlərinin də müzakirə olunacağı qeyd edilib.
Nuranə Məmmədova






