"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

SOCAR adından edilən bu təkliflərə aldanmayın!

09 Fevral 2024 - 12:56
in CƏMİYYƏT

Son zamanlar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) adından istifadə olunaraq, maddi maraq qarşılığında hüquqi və fiziki şəxslərə fərdi və korporativ qaydada əməkdaşlıq, xüsusən investisiya yatırma imkanları, o cümlədən saxta istiqrazların alınması, işə düzəltmə və s. ilə bağlı müxtəlif təkliflər edilir. Bu cür dələduzluq halları müxtəlif internet kanalları, sosial media platformaları, mobil tətbiqlər, elektron ünvan və ya telefon zəngləri vasitəsilə həyata keçirilir.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elchi.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

“Ötən müddət ərzində görülən işlər, aparılan məlumatlandırma tədbirləri nəticəsində dələduzluq hallarının sayında kifayət qədər azalma müşahidə olunsa da, son həftələr bu tip saxta məlumatlarla (“feyk nyus”) bağlı kampaniyalarda yenidən aktivlik müşahidə olunur.

SOCAR bu cür hallarla mübarizə məqsədilə müvafiq dövlət qurumları ilə birgə səmərəli fəaliyyət həyata keçirir. İctimaiyyəti mütəmadi olaraq məlumatlandırmaq məqsədilə hazırlanan informasiyalar ölkəmizin media resurslarında dərc olunur.

Eyni zamanda, SOCAR-ın sosial şəbəkə hesablarında dələduzluq hallarına qarşı təbliğat aparılır.

SOCAR-a bu məsələ ilə bağlı vətəndaşlardan telefon, elektron poçt, sosial şəbəkələr vasitəsilə daxil olan müraciətlər, həmçinin sosial şəbəkələrin monitorinqi zamanı müəyyən edilən faktlar toplanaraq Daxili İşlər Nazirliyinə təqdim olunur.

Məsələ ilə bağlı vətəndaşlar tərəfindən SOCAR-a edilən müraciətlər dərhal cavablandırılır, dələduzluq halları ilə bağlı ətraflı məlumat verilir, ayıq-sayıq olmaları tövsiyə edilir. Ötən müddət ərzində məsələ ilə bağlı SOCAR tərəfindən 60-dan çox vətəndaş müraciəti cavablandırılıb. Aparılan araşdırmalar və müraciətlər nəticəsində vətəndaşlara edilən zənglərin əsasən, müxtəlif xarici ölkələrin mobil operatorlarına məxsus nömrələr vasitəsilə edildiyi müəyyən edilib.

Eyni zamanda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə edilən əməkdaşlıq nəticəsində SOCAR adından saxta investisiya kampaniyaları ilə bağlı mobil tətbiqlərin silinməsinə nail olunub. Bu istiqamətdə iş mütəmadi olaraq davam etdirilir.

Vətəndaşlarımızı heç bir əsası olmayan bu cür məlumatlara inanmamağa, bu kimi hallara qarşı ehtiyatlı və ayıq-sayıq olmağa çağırır, yalnız rəsmi mənbələrdə yer alan informasiyalara istinad olunmasını xahiş edirik.

Eyni zamanda, vətəndaşlarımızdan sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələri və məlumatları press@socar.az ünvanına göndərmələri xahiş olunur.

Sonda vətəndaşları aldadıb, etibarından sui-istifadə edib, onların əmlakını, əmlak hüquqlarını və fərdi məlumatlarını ələ keçirən, SOCAR-ın işgüzar nüfuzuna zərər vuran şəxslərin diqqətinə bir daha çatdırırıq ki, qeyd edilən əməllər, onları törədən şəxslərin məsuliyyətə cəlb olunması və cəzalandırılması üçün əsas yaradır”, – açıqlamada qeyd olunub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ATƏT-in baş katibi İlham Əliyevə məktub göndərdi

Next Post

FHN əməliyyat görüntüləri yayıb – VİDEO

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
FHN əməliyyat görüntüləri yayıb – VİDEO

FHN əməliyyat görüntüləri yayıb - VİDEO

Vergi sahəsində beynəlxalq qiymətləndirici ekspertlər Bakda səfərdədir

Vergi sahəsində beynəlxalq qiymətləndirici ekspertlər Bakda səfərdədir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.