Artıq qeyd etdiyimiz kimi, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Milli Məclisin bu gün keçirilən iclasında hesabat verib.
“Trend”-in məlumatına görə, hesabata münasibət bildirən millət vəkili Musa Quliyev ümumilikdə hesabatı müsbət dəyərləndirib, lakin bəzi hüquq müdafiəçilərinin, KİV-də çalışmış və sonradan müxtəlif cinayət əməllərinə görə ittiham olunan şəxslərin adlarının çəkilməsinin və onlara geniş yer verilməsinin məqsədəuyğun olmadığını deyib.
Onun fikrincə, bu, Azərbaycanı istəməyən təşkilatların “dəyirmanına su tökür”: “Ya bütün müraciət edənlərin adları çəkilsin, ya da ayrı-ayrı insanlar fərdiləşdirilməsin”.
Millət vəkili eyni zamanda, Ombudsmanı Azərbaycana düşmən olan təşkilatlara qarşı daha qəti mövqe nümayiş etdirməyə çağırıb.
Yeri gəlmişkən, virtualaz.org xatırladır ki, qısa müzakirələrdən sonra Ombudsmanın hesabatı səsə qoyulub. Deputatlar hesabatın lehinə səs veriblər.



