“Yatırımçılar yatırım edərkən həmin lahiyənin komandasının kimlər olduğunu, nə dərəcədə dürüst, düzgün işlərlə məşğul olduqlarını bilməlidirlər. İkincisi isə həmin kriptovalyutanın lahiyəsini ciddi araşdırmalı, ərinmədən oxumalı və ya başqa yollarla öyrənməlidirlər”.
Bu fikirləri Elchi.az-a açıqlamasında kriptovalyutalar üzrə təlimçi və ekspert, ATC Launchpad kriptovalyutasının yaradıcısı Ömər Qurbanəli deyib.
O, həmçinin açıqlamasında bildirir: “Unutmamalıdırlar ki, heç bir işə yaramayan lahiyələrin uğurlu olma ehtimalı azdır. Bir coin token üçün alış qərarı verdikdə, onun sayına, dəyərinə və kapitalizasiyasına baxılmalıdır, məşhurluğuna, ucuzluğuna və ya mediadakı dominatlığına yox. Bundan başqa yatırım edərkən portfel yaratmağı, mərhələli alış və ya satış etməyi öyrənməlidirlər. Yəni, bir kriptonu deyil, azı 5-ni seçməli, onları vaxtaşırı sosial şəbəkədən izləməli və düşdükcə almağı, qalxdıqca satmağı bilməlidirlər. Buna riskləri parçalayaraq, idarə etmək deyilir. Növbəti bilinməsi vacib məsələ texniki təhlükəsizliklə bağlıdır, isti cüzdanların 12 sözlüyünü elektron cihaza deyil dəftərə yazmalı, cüzdanlarını “airdroplar”a bağlamamalı, yad linklərə daxil olmamalı və mərkəzi birjalardan istifadə edərkən “google”un təhlükəsizlik proqramından istifadə etməlidirlər”.
Ö.Qurbanəli açıqlamasında bildirir ki, son zamanlar internetdə məşhur adamların, lahiyələrin, şirkətlərin və s. adına saxta səhifələr, “Facebook” , “İnstagram” , “X” (twitter) telegram və “WhatsApp” hesabları açılır, sadə vətəndaşlar aldanılır. “Süni intelektlə saxta videolar, zənglər və s. edilir. İstifadəçilər belə hallara qarşı diqqətli olmalıdırlar. Yaxşı olar ki, yatırım edərkən özləri araşdırma etsinlər, trading/ staking öyrənmək istədikdə isə sağlam yerlərdən dərslər alsınlar. Kor- koranə yatırım ciddi itkilərə və başqa problemlərə səbəb ola bilər. “Holder” olmaq bir kriptovalyuta cüzdanına sahib olmağa bənzəyir, “staker” olmaq onu sanki banka əmanət etməyə. “Futures” və “margin” kimi əməliyyatlar isə olduqca risklidir. Bununçün həm riyazi, iqtisadi bilik, analtik düşüncə, dərin analiz qabiliyyəti və həmçinin sağlam psixologiya lazımdır. Bu isə təcrübə ilə olur. Təcrübə də itkilərlə qazanılır. Ona görə də mənə görə ən sağlamı uzunmüddətli yatırımçı olmaqdır. Xüsusilə, suni intelekt, metaverse, web3 kimi kripto lahiyələrdə. Heç şübhəsiz ki, riskləri düzgün şəkildə idarə edə bilənlər üçün önümüzdəki buğa, yəni yüksəliş sezonu ciddi uğurlar gətirəcəkdir”.
Havar Şəfiyeva






