"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Mikayıl Cabbarov kütləvi ixtisarlardan danışdı

06 Mart 2015 - 13:42
in SOSİAL

“Ali təhsildə lazımsız yüklənmə, süni ixtisarlar kimi ağrılı mövzular müzakirə edilməlidir”

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Mikayıl Cabbarov kütləvi ixtisarlardan danışdı“Son illər ərzində ali təhsil müəssisələri qarşısında duran yeni çağırışlar əmək bazarının tələbatını duymaq ehtiyacı yaradıb. Planlı iqtisadiyyatın tələblərini ödəmək üçün bu gün ali təhsil müəssisələri iki həlledici islahat aparılmalıdır. Bunlar Boloniya prosesinin tələblərinin tətbiqi və dövlətlə ali təhsil müəssisələri arasında olan münasibətlərin təbiətinin dəyişdirilməsidir”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunmuş tədris binasının açılış mərasimində çıxışında deyib.
Nazir qeyd edib ki, bu gün dövlətlə universitet arasında iqtisadi münasibətlər yalnız dövlət sifarişi ilə oxuyan tələbələrin təhsil haqlarının ödənilməsi ilə məhdudlaşır: “Bu,  universitetlər qarşısında yeni gəlir mənbəyi yaratmaq kimi çağırışları ortaya qoyur. Bunu da qəbul etməliyik ki, universitet müəlliminin maddi təminatı yaxşı olmadıqda beyin axını ilə yenidən üzləşə bilərik. Әn yaxşı halda isə onların ali təhsil müəssisələrində öz iş yerini əsas deyil, əlavə iş yeri kimi saxlamaq, yaxud daxili tələbatının ödənilməsi üçün – auditoriyaya daxil olmaq istəyi olacaq. Bunun da mənfi fəsadları müxtəlifdir”.
M. Cabbarov əlavə edib ki, ali təhsil müəssisələrinin idarə edilməsinin keyfiyyətinin yüksəldilməsində birlikdə iştirak edilməlidir. Onun fikrincə, bu, yalnız universitet rəhbərinin deyil, bütün kafedra müdirlərinin, professorların, hər bir əməkdaşın işidir. Təkcə əmrlə Boloniya prosesinə keçidin mümkün olmadığını deyən təhsil naziri vurğulayıb ki, əmrlə Boloniya prosesi, yaxud hansısa akademik proqramın islahatı tətbiq oluna bilməz: “Təhlillər apardıqda görürük ki, əksər ali məktəblər Boloniya prosesini tətbiq etdikdə 5 illik tədris proqramını 4 ilə sıxışdırıb. Bununla da səmimi olaraq inanıblar ki, Boloniya prosesi bizdən bunu tələb edib. Ötən il bir çox ixtisaslar üzrə akademik yük azaldılıb. Çünki Azərbaycanda tələbənin akademik yükü eyni ixtisaslar üzrə digər ölkələrdə oxuyan tələbələrin akademik yükündən təxminən 30 faiz çoxdur. Tələbənin il ərzində tədris proqramını mənimsəmə imkanı da akademik yüklənmənin həcminə bağlıdır. Bu mövzularda bir çox hallarda ağrılı və qəti qərarlar tələb olunur. Bu qərarlar da müzakirə olunmalıdır. Lazımsız yüklənmə, süni ixtisarların, istiqamətlərin artımı kimi ağrılı mövzular müzakirə edilməlidir. Hamı sehrli açar axtarır ki, biz o bir səbəbi axtaraq, onu aradan qaldıraq və düşünülür ki, bundan sonra bütün işlər gözəl olacaq. Ali təhsil müəssisələrində həmin o sehrli açarın axtarışında olmayaq, hamımız o işlərin təkmilləşdirilməsinə çalışaq. Biz Təhsil Nazirliyi olaraq o ali təhsil müəssisələrində, kollektivlərdə bu istəyi, bu mürəkkəb qərarların qəbul olunmasında iradəni görəcəyik, ona dəstək də veriləcək. Mürəkkəb qərarlar dedikdə isə heç də nəzərdə tutmuruq ki, ədalətsizlik, kütləvi ixtisarlar olsun. Əsla, biz nəzərdə tuturuq ki, ali təhsil müəssisələrində daha düzgün, optimal yollar axtarılmalıdır. Ali məktəblər özləri hazırladığı tələbələrə, magistrlərə daha çox diqqət yetirməlidirlər”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanlı "oğru"lara müharibə elan edildi

Next Post

Obama Kiyevə silah verəcək

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post

Obama Kiyevə silah verəcək

Bakıda 2 nəfəri bıçaqlayan şair həbs edildi

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.