İclasın sədri bildirib ki, Yunanıstan parlamenti eynicinslilərin nikahı haqqında qanunu təsdiqləyib. Elchi.az xəbər verir ki, bu barədə Bloomberg yazır.
Onun sözlərinə görə, səsvermə cümə axşamı, fevralın 15-də axşam saatlarında keçirilib. Orada 254 deputat iştirak edib. “176 deputat lehinə, 76 deputat əleyhinə səs verib, iki deputat bitərəf qalıb. Qanun qəbul edilib”, – mənbə vurğulayıb.
Qeyd edək ki, o Yunanıstan parlamentində ümumilikdə 300 nəfərin olduğuna diqqət çəkib. Qanun layihəsi hakim Yeni Demokratiyanın bütün üzvləri tərəfindən dəstəklənməyib. Bununla belə, razılaşmayanların əksəriyyəti səsvermədə iştirak etməyib.
Havar Şəfiyeva






