Rusiya BMT Təhlükəsizlik Şurasının terrorizmlə daha effektiv mübarizə aparmaq üçün məcburi tədbirlərə dair iclasını çağırıb. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın təşkilatdakı daimi nümayəndəsinin müavini Mariya Zabolotskaya deyib.
Bildirilir ki, Təhlükəsizlik Şurasının fevralın 20-nə planlaşdırılan iclası “Arria formulu” əsasında terrorizmlə mübarizə mövzusunda fikir mübadiləsi aparılacaq, tədbir bağlı qapılar arxasında keçiriləcək. “Bir sıra inkişaf etməkdə olan ölkələr gündəlik olaraq bu ciddi problemlə üzləşirlər”, – deyə baş diplomat bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, Rusiya da Belqorodun atəşə tutulması mövzusunu BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxaracaq. Onun sözlərinə görə, Belqoroda hücum Kiyev rejiminin növbəti terror aktıdır.
Havar Şəfiyeva






