İsrail Qəzzada törətdiyi cinayətlərə görə beynəlxalq yurisdiksiyada məsuliyyət daşımağa davam edir. Bu dəfə Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının tələb etdiyi ‘məsləhətçi rəy dinləməsi’ üçün toplanacaq.
Elchi.az xəbər verir ki, bu gün başlayacaq dinləmədə Türkiyə də daxil olmaqla 52 dövlət və 3 beynəlxalq təşkilat şifahi bəyanatla çıxış edəcək.
2022-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İsrailin işğal olunmuş Fələstindəki siyasət və tətbiqləri ilə bağlı hərəkətə keçib.
O, insan ləyaqətinə xələl gətirən bu əməlin hüquqi nəticələri ilə bağlı məsləhət rəyi istəyib. Məhkəmə bu çərçivədə ilk şifahi iclasını keçirəcək.
Türkiyə də daxil olmaqla 52 dövlət və 3 beynəlxalq təşkilat tərəfindən bəyanat veriləcək.
Beynəlxalq Ədalət Məhkəməsi İsrailin qanunsuz hərəkətləri ilə bağlı tapıntı və müşahidələri qiymətləndirəcək.
Nuranə Məmmədova






