
BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn bir sıra ölkələrdə, o cümlədən Azərbaycan, Ermənistan, Rusiya və Türkiyədə söz və ifadə azadlıqlarının məhdudlaşdırılmasından dərin narahatlıq keçirdiyini bildirib. Musavat.com-un məlumatına görə, bu barədə “Vatikan radiosu” xəbər yayıb.
İnsan haqları üzrə Şuranın iclasında çıxışı zamanı ali komissar xəbərdarlıq edərək bildirib ki, “ola bilsin dünya təzədən günahsız insanları terror edənlərlə mübarizədə dönüş mərhələsi qarşısındadır”. O, dövlətləri təkidli şəkildə cəmiyyətlərin, ekstremizmlə mübarizənin əsasında duran insan haqlarına əməl etməyə çağırıb.
Təməl haqların məhdudlaşdırıldığı ölkələr sırasında BMT rəsmisi Azərbaycan, Ermənistan, Banqladeş, Burundi, Konqo, Misir, Macarıstan, Myanma, işğal altındakı Fələstin, Rusiya, Səudiyyə Ərəbistanı, Tanzaniya, Tailand, Türkiyə, Venesuela və Vyetnamın adını çəkib.



