ABŞ-ın keçmiş prezidenti Donald Tramp amerikalılara xatırladıb ki, Adolf Hitleri və Napoleon Bonapartı məğlub edən Rusiya olub.
Elchi.az bu barədə “TASSA”a istinadən xəbər verir.
“Onlar Hitlerə qalib gəldilər. Napoleonu məğlub etdilər. Bu, müharibə maşınıdır”, – Tramp tərəfdarları qarşısında çıxışı zamanı deyib.
ABŞ-ın keçmiş prezidenti həmçinin bir daha ABŞ-ın Avropadakı müttəfiqlərindən müdafiə xərclərini artırmağı tələb edib. Tramp Vaşinqtonun xərcləri ilə Avropa ölkələrinin xərcləri arasındakı fərqi “150 milyard dollar” qiymətləndirib.
Daha əvvəl Tramp qeyd edib ki, Rusiya Federasiyasının nüvə silahına malik olması səbəbindən Vladimir Putinlə münasibətləri yaxşılaşdırmaq istəyir.
Nuranə Məmmədova






