"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kamçatkada hərbi xidmət…

08 Mart 2015 - 01:27
in KÖŞƏ YAZILARI

1368862478_zulfuqar-huseynzadeZülfüqar Hüseynzadə
yazar@box.az

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Bizim Bağdadın kor xəlifələrinin qəbuluna düşmək xoruzu yumurtlatmaq qədər zor bir iş…
Milli Məclisin 6 fevral iclasında “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Fazil Mustafanın işlətdiyi bir ifadə “sarı sim”imə necə toxundusa qərara aldım ki, fikir bildirməkdə fayda var.
Vaxt məhdudluğundan aylardı müəllif yazısı ilə çıxış edə bilmirəm. Amma məqamı gəlib ki, ölkənin eybəcər reallıqlarıyla bağlı bir neçə cümlə yazam.
Fazil bəy deyir bu gün nəinki sadə vətəndaş, hətta biz deputatlar nazirlə, onun müavinləriylə görüşmək nədi, heç telefon zənglərinə də cavab ala bilmirik və bu gün deputat üçün ona ünvanlanan xahiş və müraciətin nazirlərə çatdırılması Kamçatkada hərbi xidmət keçmək kimi bir şeydir. Doğrudur, bu qanun layihəsi deputatların ən yaralı yeri olduğundan az qala 50 nəfər çıxışa yazılmışdı və heç kimin gözləmədiyi halda Fəzail Ağamalı da nazirlərin, komitə sədrlərinin rayonlarda əhali ilə görüşlərini ələ salaraq bu qəbulların çox vaxt simvolik xarakter daşıdığını və gözdən pərdə asmaq olduğunu bildirdi. Sabir Rüstəmxanlı da deyir ki, hətta vətəndaşın şikayətinə baxılmasa da onu dinləyən olanda insanlar bir az təsəlli tapırlar, di gəl ki, heç onları adama sayıb dinləyən də yoxdu…
Amma Kamçatka məsələsi şifahi xalq ədəbiyyatımızda yeni nümunə hesab oluna bilər və bu müqayisəyə görə Fazil bəyi təbrik edirəm. Amma mən bu qənaətdəyəm ki, heç Kamçatkada hərbi xidmət keçmək də bizim başabəla nazirlərimizin gül üzünü görmək qədər müşkül ola bilməz. Nəinki Kamçatkada və ya Kuril adalarında, hətta Quantanamoda da məhbəs həyatı yaşamaq mümkündür, amma bizim Bağdadın kor xəlifələrinin qəbuluna düşmək xoruzu yumurtlatmaq qədər zor bir iş…
Niyəsini də aşağı-yuxarı hamı bilir. Çünki bu ölkədə kimsə xalq tərəfindən seçilmir, aşağıdan ən yuxarıyadək bütün seçki prosedurları Fatmanisə qarıyla Məmmədhəsən əminin başını qatmağa hesblanıb. Tərslikdən bu zavallılar da manatın devalvasiyasından bank qapılarında, Lombardlarda  qalıblar. Ona görə də yalnız prezident hüzurunda sarılığın udan bu zəmanə qoçuları deputat qarışıq hamıya yuxarıdan aşağı baxır, onlara vaxt ayırmağı özlərinə rəva görmürlər. Nəticədə məmur özbaşınalığı ölkədə elə acınacaqlı həddə çatıb ki, Fazil Mustafa kimi adamın haqlı olaraq tüstüsü təpəsindən çıxır.
Mən yaxın zamanlarda bu rüsvayçılığa əncam çəkiləcəyinə də inanmıram. Çünki söyüd ağacından şəftəli barı  gözləməyə dəyməz. Bunların qabına qoyulan odur və olsa-olsa prezidentin sərt xəbərdarlığı vəziyyətdə dönüş yaranmasına səbəb ola bilər. Dərd orasındadır ki, prezident də az qala hər dəfə barmaq silkələyir, amma elə ki, müşavirələrdən suyu süzülə-süzülə çıxırlar, Prezident Administrasiyasının və ya Heydər Əliyev mərkəzinin inzibati binasından çıxar-çıxmaz hamısı dönüb olurlar şir-pələng…
Deputatlar çıxışlarında bunun günahını Oqtay Əsədovun üzərinə fokuslaşdırmaqdan imtina etsələr də jurnalistlərlə söhbətlərində deputalara qarşı nazirlərin belə urvatsız davranışında parlament rəhbərliyini də məzəmmət edirlər ki, Qəmlo demişkən, nazirlərin nazıyla çox oynayır, istəsə, nazirlərin pişiyini divara dırmaşdırar, ayda bir dəfə parlamentə dəvət edib verər deputatların cənginə, döşə ki, döşəyəsən. Amma görünür, belə idarəçilik metodu hələ ki, hakimiyyətin yuxarı eşalonlarında işə yarıyır deyə kimsə özünü pis kişi eləmək istəmir, hamı yola verməklə məşğul olur. Hamını yola verəndə isə vətəndaşın üz tutduğu ünvanların yolu beləcə keçilməz olur…
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“İt ölüsündən də istifadə edirlər”

Next Post

Melik-Şahnazaryana açıq məktub

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Melik-Şahnazaryana açıq məktub

“Dünyanın əkizi”ndən səs gəldi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.