Ukraynanın mövcudluğu indi Qərb tərəfindən süni şəkildə dəstəklənir.
Elchi.az xəbər verir ki, əminliklə demək olar ki, Rusiya Ukraynadakı xüsusi hərbi əməliyyatda artıq qalib gəlib. Müvafiq fikri beynəlxalq siyasət sahəsində avstraliyalı ekspert Toni Kevin bildirib.
TASS agentliyi ilə söhbətində o qeyd edib ki, DXR-də Artemovsk və Avdeevkanın azad edilməsi, Rusiyanın böyük qələbələri və Ukrayna ordusunun hücumunun uğursuzluğu Rusiya qüvvələrinin artan təzyiqindən və Ukrayna ordusunun zəifliyindən xəbər verir.
“Kiyev çox zəifdir, ölkənin enerji, nəqliyyat infrastrukturu və iqtisadiyyatı demək olar ki, dağılıb, dövlətin özü isə ruhdan düşüb”, – Kevin əminliyini ifadə edib. Ukraynanın mövcudluğu indi Qərb tərəfindən süni şəkildə dəstəklənir və o, artıq əvvəlki maliyyə və hərbi yardım həcmlərini saxlaya bilmir.
Kevin əlavə edib ki, heç bir əlavə vəsait, hərbi texnika və silah Ukrayna Silahlı Qüvvələri üçün cəbhə xəttindəki vəziyyəti dəyişdirə bilməyəcək. Onun sözlərinə görə, Kiyevə vəsaitin ayrılması qaçılmaz məğlubiyyəti gecikdirəcək və Ukrayna ordusunun əsgərlərinin yeni mənasız itkilərinə səbəb olacaq.
Şayəstə Hüseynova






