Astronomlar Neptun və Uranın ətrafında əvvəllər məlum olmayan peykləri aşkar ediblər.
Elchi.az xəbər verir ki, Günəş sistemində əvvəllər naməlum olan peyklər Havay və Çilidə teleskoplar vasitəsilə aşkar edilib.
Müvafiq olaraq, astronomlar Neptunun ətrafında fırlanan 2 peykdən başqa Uranın ətrafında daha bir kiçik peykin olduğunu aşkar ediblər.
Beynəlxalq Astronomiya Birliyi yeni kəşflərlə Neptunun peyklərinin sayının 16-ya, Uranın isə 28-ə yüksəldiyini açıqlayıb.
Vaşinqtondakı Karnegi Elm İnstitutunun astronomu Scott Sheppard, kiçik peykin təxminən 27 il ərzində Günəşdən ən uzaq buzlu planet olan Neptun ətrafında bir orbitini tamamladığını söylədi.
Şeppard, hələ kəşf edilməmiş çoxlu kiçik peyklərin ola biləcəyini də ifadə etdi.
Qeyd edilir ki, Uran ətrafında fırlanan və təxmini diametri 8 kilometr olan yeni peyk, yəqin ki, planetin peykləri arasında ən kiçiki ola bilər.
Nuranə Məmmədova






