ABŞ-nin Florida ştatının hakimiyyət orqanları qanunsuz miqrant axını ilə mübarizə aparmaq üçün Texasa Milli Qvardiya bölməsini göndərib.
Elchi.az-ın məlumatına görə, bu barədə Floridanın qubernatoru Ron Desantis bildirib.
“Prezident Cozef Baydenin sərhəd böhranı hər bir ştatı sərhəd ştatına çevirib, ştatlardan müdaxilə etməyi və ərazi suverenliyimizi təmin etməyi tələb edir”, – o deyib. “Mən Texasda xidmət edən hər bir hüquq-mühafizə orqanına səmimi təşəkkürümü bildirmək istəyirəm”, – qubernator vurğulayıb.
Qeyd edək ki, 2021-ci ildən Florida hakimiyyəti cənub sərhədində Texasa kömək etmək üçün hüquq-mühafizə orqanlarının 2,4 mindən çox əməkdaşını göndərib. Bu məqsədlər üçün 600-dən çox texnika, o cümlədən qayıqlar, avtobuslar və kvadrosikllər ayrılıb.






