"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“20 ilin ən ağır günü: 11 şəhidə görə cavab verilməlidir”

01 Avqust 2014 - 11:36
in CƏMİYYƏT

Kəşfiyyat İdarəsinə tam təsadüfi adamı təyin edən nazirin ortaya qoyduğu “ağır nəticə” də belə olur…


1400779220

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Axar.az xəbər verir ki, bu açıqlama ilə hərbi ekspert Üzeyir Cəfərov öz Feysbuk səhifəsində çıxış edib.

O, bu hadisənin atəşkəs haqqında müqavilə imzalandıqdan sonra baş verən ən böyük itki olduğunu deyib:

“Dəyərli dostlar, hörmətli həmkarlarımız!

Avqustun 1-i səhər aldığımız acı xəbər hər kəsin qanını qaraltdı, əsəblərini tarıma çəkdi. Azərbaycan Ordusunun təsdiq olunmayan məlumatlara görə 11 hərbçisi düşmənlə atışmada şəhid olub. Çox böyük itkidir. İstəməzdim yazdıqlarımı qərəz kimi qəbul etsinlər, amma bu atəşkəs dövründən – 12 may 1994-cü ildən bu yana ən çox itki verdiyimiz bir gündür. Şəxsən mən xatırlamıram ki, biz bir gün ərzində bu qədər itki verək.

 Açığı desəm, Müdafiə Nazirliyinin verdiyi xəbərə mən tam inanmıram. Ola bilsin, hadisənin şokunu yaşayan rəhbərlik tez-tələsik bu xəbərin verilməsini istəyib. Amma hərb elminə bələd olan, həmçinin döyüş keçmiş insanlar bilir ki, hücum edən tərəfin itkiləri daha çox olur: “Düşmən ərazimizə soxulmağa CƏHD edib və bizim əsgərlərin SAYIQLIĞI nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb”. Daha sonra isə MN qeyd edir ki, “şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib”. Əgər bu əclaf, amansız və xain erməni hücuma keçirdisə, onun verdiyi itkilər ən azından neytral ərazidə qalmalı idi. Və bizim komandanlıq düşmənin hücumunu sübut faktı kimi o erməni əsgərlərinin meyitlərini nümayiş etdirməliydi. Səngərdə oturub düşmənin hücümunun qarşısını alan əsgərlərimizin itkisi bu qədər olmamalıydı axı”.

 Hərbi ekspert baş verən hadisənin Müdafiə Nazirliyinin rəsmi açıqlamada qeyd etdiyi tərzdə baş verdiyinə inanmadığını bildirib:

 “Bir də döyüş postlarında duran əsgərlər arasında məsafə o qədər də yaxın deyil ki, deyəsən, düşmən qumbaraatandan, yaxud başqa silahdan istifadə edib və biz bu qədər şəhid vermişik. Mənə elə gəlir ki, faciə tamam başqa formada baş verib, ancaq bizim komandanlıq özünü bu faciədə sığortalamaq üçün bu məlumatı yayıb. Biz dəfələrlə bildirmişik ki, düşməndən hansısa mərhəmət gözləmək lazım deyil. Ön xətdə dayanan əsgər və zabitlərimiz son dərəcə diqqətli olmalıdırlar. Ən xırda diqqətsizlik və ehtiyatsızlıq belə ağır nəticələrə gətirə bilər. Digər ciddi səbəb də var. Bu bilavasitə MN-i ilə bağlı məsələdir. Qısaca deyirəm, başa düşənlər məni anlayacaq. Əsgərlərin birbaşa MN-nin Təşkilat Səfərbərlik İdarəsi tərəfindən yerlərdə bölgüsü məsələsidir. Postlarda bəzi əsgərlərimizin 2-3 saat əvəzinə 5-6 saat durmalarının səbəbi onların həm özlərinin, həm də qeydiyyatdan keçən digər adı olub, özləri arxa cəbhədə xidmət edən əsgər və çavuşlara görə növbədə durmaqlarıdır. Bu da bəzən xoşagəlməz hallara gətirib çıxarır”.

 Üzeyir Cəfərov bu hadisə ilə əlaqədar prezidentin Müdafiə Nazirliyinin rəhbər şəxslərini mütləq dinləyəcəyini söyləyib:

 “Düşünürəm ki, ölkə başçısı və Silahlı Qüvvələrin Ali Baş Komandanlığı bu faciə ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbər şəxslərini dinləyəcək və lazım olan qərarını verəcək. Bu faciənin baş verməsində tam məsuliyyəti erməni-rus tərəfinin üzərində olsa da, bizim bir gün də olsun müharibədə olmaya-olmaya, general rütbəsi alan “kabinet sərkərdələri” də yaxalarını kənara çəkməməlidirlər. Kəşfiyyat İdarəsinə tam təsadüfi adamı təyin edən və ona general rütbəsi verdirən nazirin ortaya qoyduğu ağır nəticə də belə olur.

 Allah dünyasını dəyişən hərbçilərimizə qəni-qəni rəhmət eləsin. Onlar Vətən uğrunda canlarından keçdilər. Şəhidlik zirvəsinə qalxdılar. Doğmalarına və yaxınlarına isə Allahdan səbr və dözüm arzulayıram!”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Günün rəzaləti: 8 şəhid və 8 telekanalda şıdırğı konsert…

Next Post

Müəllimlərə bina tikilir

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Müəllimlərə bina tikilir

Ceyhun Musaoğlu Bilik Fondunun mətbuat katibi təyin edilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.