Etiraz edən polşalı fermerlər Ukrayna ilə sərhəddəki Rava-Russkaya-Qrebennoye keçid məntəqəsinə mismar və vintlər səpələyiblər. Elchi.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri hadisə şahidlərinə istinadən məlumat yayıb.
Ehtimal olunur ki, polyaklar ukraynalı sürücülərin təkərlərini deşib daha irəli gedə bilməmələri üçün əşyaları səpələyiblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və kommunal xidmət əməkdaşlarının gəldiyi dəqiqləşdirilir.
Bundan əvvəl etiraz aksiyaları zamanı fermerlər Polşa-Ukrayna sərhədində yolu otla bağlayıblar. Etirazçılar traktorlarla sərhəd məntəqələrinə gələrək tonqallar yandırmağa başlayıblar.
Havar Şəfiyeva






