Ukrayna Prezidenti yanında Kəşfiyyat Komitəsi Rusiyanın Kiyev administrasiyasını gözdən salmaq üçün yazda xüsusi əməliyyat keçirəcəyini bildirib.
Elchi.az xəbər verir ki, Komitənin yazılı açıqlaması Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin Telegram kanalında paylaşılıb.
Bəyanatda iddia edilib ki, “Rusiya rəhbərliyi dünya ictimaiyyətinin diqqətini bilərəkdən Rusiya-Ukrayna müharibəsindən yayındırmaq üçün planlı təxribat, informasiya əməliyyatı və açıq təxribat planını həyata keçirməyə başlayıb”.
Bəyanatda rusların qlobal məqsədinin Ukraynaya verdiyi dəstəyi azaltmaq olduğu və Rusiyanın Ukraynanın səfərbərliyini pozmağı hədəflədiyi bildirilib.
Onun Ukraynanın müharibədə qalib gələ bilməyəcəyi ilə bağlı yalan məlumatlar yaymağa, tərəfdaş və müttəfiqlər arasında “Ukraynada yorğunluq” barədə yalan məlumatlar yaymağa çalışacağı vurğulanıb.
“Rusların Ukraynadakı məqsədinin cəmiyyəti ruhdan salmaq, xalq arasında çaxnaşma yaratmaq, əsgərlərlə mülki şəxslər arasında çaxnaşma salmaq, ölkənin siyasi idarəsi və vətəndaş cəmiyyəti də daxil olmaqla hər kəsi bir-birinə qarşı qoymaq olduğu iddia edilən bəyanatda, ” bu ifadələr yer alıb: “Ötən ilin noyabrında “Maydan-3” xüsusi əməliyyatı çərçivəsində Rusiya sadəcə olaraq Telegram platformasında Ukrayna əleyhinə fikirlər yaymaq üçün təxminən 250 milyon dollar xərcləyib. Əməliyyatın ümumi büdcəsi 1 milyard 500 milyon dollar olub. Bu, tarixdə rus kəşfiyyatının ən bahalı əməliyyatıdır.“Maydan-3” xüsusi əməliyyatı 2024-cü ilin mart-may aylarında pik həddə çatacaq, düşmən qarşıdakı həftələrdə həm Ukrayna daxilində, həm də dünyanın aktiv olduğu digər yerlərində qlobal təhlükəsizliyə zərər verən və münaqişələrə səbəb olan ritorikanın yayılması üçün bütün səylərini göstərəcək. Rusiya kəşfiyyatı üçün ənənəvi olan əməliyyatın üsulu: mayın 20-dən sonra qəbul edilən hökumət qərarlarının legitimliyini şübhə altına almaq, çaxnaşma və etibarsızlıq hisslərini yaymaq, mülki əhali ilə əsgərləri süni şəkildə bir-birinə qarşı qoymaq, bizi tərəfdaşlarımızla döyüşməyə məcbur etdirmək”.
Bəyanatda Ukrayna cəmiyyətinə, beynəlxalq tərəfdaşlara və müttəfiqlərə qlobal təhdidlərə və yeni qlobal hibrid müharibəyə qarşı mübarizədə xüsusilə informasiya sahəsində birgə müqaviməti və hərtərəfli təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.
Şayəstə Hüseynova






