"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nemtsovun qətli: müxalifətçi həbslərin düzgünlüyünə şübhə edir

10 Mart 2015 - 11:50
in XƏBƏR LENTİ

Nemtsovun qətli: müxalifətçi həbslərin düzgünlüyünə şübhə edir

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Qətlə yetirilmiş müxalif siyasətçi Boris Nemtsovun yaxın müttəffiqi qətldə 2 nəfərin ittiham edilməsindən və daha 3 nəfərin saxlanmasından sonra həqiqətin üzə çıxacağına “şübhə ilə” yanaşdığını bildirib.
“Tətiyi çəkən cəzalandırılacaq, sifariçilər isə azadlıqda qalacaqlar”, Nemtsovun partiyasının həmtəsisçisi İlya Yaşin bazar günü bildirib.
Nemtsovun qətlə yetirilməsində 2 çeçen əsilli vətəndaş ittiham olunduqdan və daha 3 nəfər saxlandıqdan sonra cənab Yaşin radikal islamçıların bu qətldə əli olduqları iddiasına inanmadığını bildirib.
“Müstəntiqlərin qətlin islamçılar tərəfindən törədilməsi barədə anlaqsız versiyası Kremlin maraqlarına cavab verir, Putindən diqqəti yayındırır”, Yaşin Twitter səhifəsində bildirib.
BBC-ə müsahibəsində, o deyib ki, qətlin arxasında duranlar Rusiyadadır və hətta hökümətdə otururlar.
Bazar günü, Moskva məhkəməsi Zaur Dadayev və Anzor Qubaşevi siyasətçi Boris Nemtsovu qüllələməkdə ittiham edib.
Məhkəmənin bildirdiyinə görə, cənab Dadayev qətldə iştirakını etiraf edib.
Digər 3 şəxs şübhəli qismində məhkəmənin qərarı ilə saxlanılıblar. Daha bir şəxs isə, xəbərlərə görə, Qroznı şəhərində polislə qarşıdurma zamanı özünü əl qaumbarası ilə partladıb.
Hədələr
Putinin müttəfiqi olan çeçen lideri Ramzan Kadırov Z.Dadayevi “əsl müsəlman” kimi təsvir edib.
Onun sözlərinə görə, Z.Dadayev bütün müsəlmanlar kimi Charlie Hebdo jurnalında Məhəmməd peyğəmbərin karikaturlarından şok hissi keçirib.
Kadırov və Putin
 
Digər rusiyalı siyasətçilər və fəallarla yanaşı Nemtsov da Fransa satirik jurnalının 12 əməkdaşının islamçı ekstremistlər tərəfindən qətlə yetirilməsini pisləmişdi.
Eyni zamanda, Nemtsov çeçen liderinin Charlie Hebdo karikaturalarını pisləməyənlərin ünvanına hədələr səsləndirməsini də tənqid etmişdi.
Kadırov keçmiş neft maqnatı Mixail Xodorkovskini mediaya Charlie Hebdo karikaturalarını dərc etdirmək çağırışı etdiyinə görə özünün “şəxsi düşməni” adlandırmışdı.
O, eləcə də demişdi ki, Exo Moskvı radiosunun baş redaktoru Aleksey Venediktov karikaturaların dərc edilib-edilməməsi məsələsilə bağlı sorğu keçirdiyinə görə “məsuliyyətə cəlb olunmalıdır”.
Buna görə Boris Nemtsov Ramzan Kadırovu Rusiya Cinayət Məcəlləsini pozaraq jurnalistlərin fəaliyyətinə əngəl törətməkdə ittiham etmişdi.
“Ramzanın hədələri hamını boğaza yığıb, lakin o əmindir ki, prezident Putin heç kimə ona dəyməyə imkan verməz”, Nemtsov yanvar ayında Facebook səhifəsində yazmışdı.
“Şəffaflıq tələbi”
 
Cənab Yaşin BBC-ə bildirib ki, Nemtsov İslamın heç də öndə gedən tənqidçilərindən olmayıb, tənqidinin ağırlıq mərkəzini həmişə Vladimir Putinə qarşı yönəldib.
İlya Yaşin Boris Nemtsovun qatillərinin Rusiyanın xaricində olduğuna inanmadığını, bu qətlin cəmiyyəti qorxutmaq məqsədilə edildiyini bildirib.
Onun sözlərinə görə, əgər Rusiya rəsmilərində ittiham olunmuş 2 şəxsin qatil olduğlarını sübut edən dəlillər varsa, onda həmin faktlar ictimailəşdirilməlidir.
“Mən qətlin təşkilatçılarının Rusiyada olduqlarını və hökümətdə oturduqlarını düşünürəm”, Yaşin əlavə edib.
O hesab edir ki, son illər ərzində Nemtsovu edənlərə qarşı istintaq aparılmalıdır.
Onun təbirincə, qətlin Kreml divarları altında törədilməsi onu, bu hadisənin rəsmilərin xeyir-duası ilə baş verdiyini düşünməyə vadar edir.
Boris Nemtsovun qızı Janna da əmindir ki, onun atasının Kremlin ünvanına tənqidi, qətlə yetirilməsinin əsas səbəbi olub.
Bazar günü Alman televiziyasında təşkil edilmiş debatlarda çıxış edən Janna Nemtsova deyib ki, Kremlin onun atasını öldürməyə motivi olub.
“Mənim atam Qərbə anlatmaq istəyirdi ki, Rusiya televiziyasına rəhbərlik edənlər xalqı aldadır”, Janna Nemtsova deyib.
Onun təbirincə, əgər həbs olunanlar Çeçenistan DİN-in əməkdaşları olublarsa, qətlə görə “siyasi məsuliyyət Moskvanın üzərinə düşür”. (BBC)
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyənin nəhəngləri “Khazar İslands”a qoşulur

Next Post

Bakıda 17 minlik gül buketi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bakıda 17 minlik gül buketi

Kadırov azərbaycanlı döyüşçünü qonaq çağırdı (FOTOLAR)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.