Çin xarici dünyaya açıqlığını genişləndirməyə və beynəlxalq ticarət və iqtisadi şəraitə uyğunlaşmağa davam edəcək.
Elchi.az xəbər verir ki, bu barədə 14-cü Ümumçin Xalq Nümayəndələri Konqresinin (ÜXK, Parlament) 2-ci sessiyasının açılışında təqdim olunan hökumət hesabatında deyilir.
Hesabatda deyilir ki, Çin “yüksək səviyyədə xarici dünyaya açıqlığı genişləndirməyə və qarşılıqlı fayda və qazan-qazanı təşviq etməyə” davam edəcək.
“Yüksək standartlı beynəlxalq ticarət-iqtisadi qaydalara fəal şəkildə uyğunlaşaraq, biz institusional səviyyədə açıqlığı inamla genişləndirəcəyik, həm daxili, həm də xarici bazarların və resursların qarşılıqlı əlaqəsinin səmərəliliyini artıracağıq, xarici ticarət sahəsində ümumi vəziyyəti sabitləşdirəcəyik.
Nuranə Məmmədova






