"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bu məmurlar işdən çıxarılmaq sərəncamını gözləyirlər

06 Mart 2024 - 16:34
in XƏBƏR LENTİ
#image_title

#image_title

Bəzi vəzifəli şəxslər könüllü ərizə yazmaqdan niyə ehtiyatlanırlar

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Azərbaycan cəmiyyətini ciddi şəkildə narahat edən məsələlərdən biri də pensiya yaşının ilbəil artırılmasıdır. Hazırda kişilər üçün pensiya yaşı 65, qadınlar üçün isə 63.5-dir. Qadınların pensiya yaşı tədricən – 2027-ci ilədək 65-ə çatdırılacaq.

Məlum olduğu kimi, dövlət qulluqçularının təqaüd yaşı çatanda (65) onları bir gün belə ləngitmədən təqaüdə göndərirlər. Bir çox qurumlar dövlət qulluğuna qəbul olmaq istəyən gənclərə şərait yaradılması, vakansiyaların artırılması səbəbindən pensiya yaşına çatmış kadrlarla yollarını ayırır.

Xatırladaq ki, bir neçə il öncəyə qədər təcrübəli kadrların işə davam etməsi üçün onlara əlavə bir neçə il güzəşt edilirdi. Lakin artıq bu proses aradan qaldırılmağa başlayıb. Bəzi ekspertlər bu prosesin tərəfdarı olmadığını və bəzi sahələrdə, xüsusən də elm sahəsində təcrübəli insanların saxlanılmalı olduğunu bildirir.

Yada salaq ki, 2019-cu ildə baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov vəzifədən azad edilmələri ilə bağlı Prezident İlham Əliyevə ərizə ilə müraciət etmişdilər. Dövlət başçısı 71 yaşlı Əli Həsənova və 75 yaşlı Hacıbala Abutalıbova indiyə kimi göstərdikləri fəaliyyətə görə təşəkkür etmişdi. Prezident həmin görüşdə maraqlı çağırış da etmişdi: “Əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda, 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda, mən buna ümid edirəm”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də son açıqlamalarından birində bildirmişdi ki, Azərbaycanda effektiv pensiya yaşı 62-dir: “65 yaş normativ yaşdır. Eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş çoxsaylı güzəştlər nəticəsində effektiv yaş 62-dir. Bu, dünyada ən aşağı yaşlardan biridir. Ömür uzunluğu pariteti ilə götürsək, Azərbaycanda effektiv pensiyada olma müddəti 15 ildir. Bu da pensiyada olmanın ən yüksək rəqəmlərindən biridir. Əgər biz pensiya sistemini, sosial təminat sistemini dağıtmaq istəyiriksə, istənilən opportunist illər, rəqəmlər səsləndirilə bilər. Gəlin deyək, 30 yaşından pensiya olacaq. Bunun altında nəzəri, elmi təhlil olmalıdır. Dünyada ən uzunmüddətli pensiya dövrlərindən biri Azərbaycandadır. Bu da 15 ildir. Xüsusi güzəştli təbəqə hərbçilər, əlilliyi olan insanlarımız və digərləri üçün pensiya dövrü 18 ildir. Bu da dünyada ən uzunmüddətli pensiya dövrlərindən biri hesab olunur. Bu rəqəmlər 1 milyon 100 min pensiyaçının arasında olan rəqəmlərdir”.

Axar.az saytı isə iki gün əvvəl yaşı 65-i keçən icra başçılarının siyahısını yayıb. Onların sırasında Bakının icra başçısı ilə yanaşı, Sumqayıtın, Zərdabın, Qobustanın, Ağcabədinin, Xocalının, Qubadlının rayon rəhbərləri də var. Bəs bu adamlar niyə məhz işdən çıxarılmaqla bağlı sərəncam gözləyirlər, niyə dövlət başçısının bir neçə il əvvəlki çağırışına qoşulmurlar?

Tural Abbaslı evlənir - Günün Səsi

Tural Abbaslı

AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bunları deyib: “Elə strateji vəzifələr var ki, yaş amili önəmlidir. Bəlli bir yaşdan sonra insanın iş keyfiyyətinin geriləməsi başlayır. Lakin ola bilər ki, bəzi məsələlərdə təcrübənin çoxluğu daha önəmli hesab edilir. Məsələn, bir insanın yaşının 65-i keçməsinə baxmayaraq, uzun illər işlədiyi və böyük təcrübə qazandığı sahədə dövlət onun təcrübəsindən əlavə bir müddət üçün də faydalanmağı məqbul sayır. Konkret olaraq haqqında söhbət gedən dövlət qulluqçuları sayılan icra başçılarının şəxsi təşəbbüsləri ilə işdən ayrılıb pensiyaya getməmələri hesab edirəm ona görədir ki, həmin şəxslər onlara yuxarıdan tövsiyə edilməyincə ərizə yazmaqdan ehtiyatlanırlar. Əli Həsənovun və Hacıbala Abutalıbovun baş nazirin müavini vəzifəsindən 2019-cu ildə istefa ərizəsi yazmaları o dövrün tələbi idi. Onlar da həmin tələbə uyğun addım atdılar. Bu gün isə yeni reallıqlar mövcuddur, iqtidar üçün əvvəlki reallıqlar dəyişib. Ola bilsin ki, buna görə də pensiya yaşı çatmış vəzifəli şəxslərin bir müddət də qalması faydalı hesab olunur. İcra başçılarının şəxsi təşəbbüslə yaş həddi ilə bağlı istefa ərizəsi yazacaqlarına inanmıram. Onlara nə zaman deyilsə ki, işdən çıxarılmaları xahişi ilə ərizə yazmaq məsləhətdir, dərhal yazacaqlar. Şəxsi təşəbbüslə ərizə yazmağı isə riskli hesab edirlər. Azərbaycan daha çox Şərq ölkəsidir və Şərqdə istefa mədəniyyəti inkişaf etməyib. Hər kəs özünü son nəfəsinədək faydalı hesab edir. Məsələnin başqa bir tərəfi də var ki, hər yeni və gənc kadrın da əvvəlkindən daha yaxşı olacağına əminlik yoxdur. Son illərdə yüksək vəzifələrə gətirilən şəxslərin sıralarında işlədiyi sahədə uğurlu olmayanları görəndə etiraf eləməyə məcbur qalırıq ki, deməli, uğurlu fəaliyyət yaşdan daha çox bacarıqdan və şəxsi keyfiyyətlərdən asılıdır. Hesab edirəm ki, kim işini daha yaxşı bacarırsa və dövlətə daha çox fayda verə bilirsə, yaşının neçə olmasından asılı olmayaraq vəzifədə işləyə bilər”.

Akif Nağı:

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, kadr seçimi ciddi məsələdir: “Gözləmək lazım deyil ki, “aşağılar”dan kimlərsə vəzifədən getmək üçün ərizə yazacaqlar. Prosesi “aşağılar”ın istəyinə buraxmaq faydalı ola bilməz. Kadr siyasəti “yuxarı”dan həyata keçirilən məsələ olduğu üçün kimlər işləyə bilmirsə, yaxşı işləmirsə, onların ərizəsini gözləməyə dəyməz, işdən azad edilməlidir”. A.Nağı dedi ki, insanlara fərdi şəkildə yanaşılmalıdır: “İnsanın sağlıq durumu imkan verirsə, işləmək üçün 65 yaş o qədər çox deyil. Əgər insan həm təcrübəyə malikdirsə, həm də işinin öhdəsindən gələ və fayda verə bilirsə, onun işləməsinə normal baxmaq olar. Gənclərin enerjisi ilə yaşlıların təcrübəsi bir yerdə olanda daha faydalı işlər həyata keçirmək mümkündür. Bunu bir dəfə dövlət başçısı İlham Əliyev də ifadə etmişdi. Ona görə də kadr siyasətində bu amil nəzərə alınırsa, daha yaxşı. “Ucdantutma bütün 65 yaşını keçmiş adamlar kənarlaşsınlar və ancaq gənclər işləsinlər” yanaşması müsbət nəticə verməz. Yaşdan daha çox müddət məsələsinə diqqət ayırsaq, daha yaxşı olar. Yəni eyni şəxs, məsələn, bir rayona həddən artıq uzun müddətdə rəhbərlik edirsə, bəli, o şəxs ya özü şəxsi təşəbbüsü ilə həmin vəzifədən ayrılmalı, ya da işdən azad edilməlidir. Uzun illər eyni rayona başçılıq edən şəxslər bəzi hallarda özlərini padşah kimi aparırlar, insanlarla davranış münasibətləri həddən artıq pisləşir”.

Niyaməddin Orduxanlı

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı isə bildirdi ki, vəzifədə uzun illər işləmiş və həddən artıq yaşlanmış kadrlar istefa mədəniyyəti nümayiş etdirə bilmirlər: “Vəzifələrinə o qədər bağlı olurlar, onu o qədər vazkeçilməz sayırlar ki, vəzifədən gedərlərsə, sanki həyatları sona çatacaq. Yəni bu cür adamlar vəzifəsiz dözə bilmirlər. Bu fikirlərim daha çox 25-30 il eyni vəzifədə işləyən və yaşı 75-i keçmiş məmurlara aiddir. Onlar hesab edirlər ki, istefa versələr həyat bitəcək. Gedib nəvə-nəticələri ilə həyatlarını davam etdirmirlər. Yeni kadrlar isə cəmiyyətdə həm də siyasi partiyalarda yetişməlidir. Siyasi partiyalarda siyasi cəhətdən yetişən kadrlara üstünlük verilsə dövlət və xalq üçün böyük faydası olar. Bütün dövlət və hökumət qurumlarında bütün idarəçiliyi yalnız və yalnız gənclərə vermək də istənilən nəticəni verməz. Xalqla işləməyi bacaran, sadə əhalinin dilini bilən kadrların faydası daha çox olur”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Vətəndaşlar evlərini uçuran maqnatdan Prezidentə şikayət etdi

Next Post

İsveçin NATO-ya daxil olma tarixi məlum olub

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
İsveçin NATO-ya daxil olma tarixi məlum olub

İsveçin NATO-ya daxil olma tarixi məlum olub

Putin gözlənilməz müharibədə yeganə qalib seçildi

Putin gözlənilməz müharibədə yeganə qalib seçildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.