"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nemtsovun qızı Rusiyadan getdi: “Atamı Putin öldürüb”

12 Mart 2015 - 17:01
in DÜNYA

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Nemtsovun qızı Rusiyadan getdiQətlə yetirilmiş müxalif siyasətçi Boris Nemtsovun qızı Janna Nemtsova BBC-yə müsahibəsində bu cinayət üçün siyasi məsuliyyəti Rusiya prezidenti Vladimir Putinin üzərinə qoyub.

“Atam Putinin ən əsas tənqidçisi olub. O, Rusiya müxalifətinin ən güclü lideri olub. O, Putinlə mübarizə aparıb, başqa heç kəslə yox”- Nemtsovun qızı deyib.

Janna Nemtsova müxbirin ona ünvanladığı “atanızın ölümündə məsuliyyəti Vladimir Putinin üzərinə qoyursunuzmu” dəqiqləşdirici sualına belə cavab verib: “Bəli, siyasi mənada”.

Virtualaz.org saytı xəbər verir ki, J.Nemtsova atası Borisin dəfnindən dərhal sonra xaricə yollanıb. Onun BBC-yə müsahibəsi İtaliyada yazılıb.

“Onlar mənim atamı öldürüb, mən susa bilmərəm” – deyən Nemtsova onu da əlavə edib ki, Rusiyaya qayıtmağa qorxmur.

Boris Nemtsov 27 fevral gecəsi Kremlin lap yaxınlığında Böyük Moskvoretsk körpüsündə öldürülüb. Qətlə aidiyyəti olmaqda şübhəli bilinən 5 nəfər həbs olunub.

İstintaq üzrə Nemtsovun ehtimal olunan qatili Çeçenistan DİN “Sever” batalyonu komandirinin müavini Zaur Dadayev hesab edilir. Daha əvvəl istintaq nümayəndələri Dadayevin artıq etiraf etdiyini bəyan ediblər, lakin Dadayevin özü hüquq müdafiəçilərinə müxalifətçini öldürmədiyini bildirib.

Janna Nemtsova hesab edir ki, rəsmi istintaq atasının qətlə yetirilməsinin həqiqi təşkilatçılarını müəyyən etməyəcək: “Mənim bu, necə deyərlər, araşdırmaya heç inamım yoxdur. Mən bilirəm ki, bəzi Qərb siyasətçiləri – bunun nə qədər ciddi olduğunu deyə bilmərəm – beynəlxalq araşdırma keçirmək istəyirlər. Məncə, yəqin bu düzgün olar, çünki Rusiyada haqq-ədalət, müstəqil məhkəmə və heç bir müstəqil araşdırma yoxdur”.

Jannanın sözlərinə görə, Rusiya KİV-ində Nemtsovun qətlində sifarişçi olmadığı, Zaur Dadayevin isə şəxsi təşəbbüsü ilə hərəkət etdiyi barədə istintaqa istinadən yayılan informasiya onu heyrətə gətirib.

Janna Nemtsova müstəntiqlərin onunla heç ifadə almaq üçün əlaqə saxlamadıqlarını, lakin həlak olan atasının artıq qətl gecəsi hüquq-mühafizə orqanları tərəfindən bütün texnika və sənədlərin yığışdırıldığı mənzilinə buraxılmadığını bildirib: “Onlar həqiqətin müəyyən edilməsində maraqlı deyil”

“Çeçenistanda ona hörmət edirdilər”

Məlum olduğu kimi, Zaur Dadayevin özü martın 11-də bəyan edib ki, o, dostu Ruslan Yusupovun azadlığa buraxılması müqabilində etiraf ifadəsinə məcbur edilib. O, İctimai Nəzarət Komissiyası nümayəndələrinin istintaq təcridxanasına səfəri zamanı tutulduqdan sonra qəddarcasına rəftara məruz qaldığından şikayətlənib.

“O ki qaldı Zaur Dadayev Moskvanın mərkəzində, xüsusi keşik çəkilən bir zonada, qətl zamanı hansısa kameraların nədənsə işləmədiyi yerdə, bax burada, atamı öldürüb – yox, mən buna inanmıram. Hətta bilavasitə icra edən belə o olsa, nədən birdən-birə onun beyninə belə bir ideya gəlib – Nemtsovu öldürmək? Motivi nədir? Mən motiv görmürəm” – Janna Nemtsova mülahizələrini bölüşür.

Onun fikrincə, cinayətin dini zəmində törədildiyinə dair istintaqın versiyası da tənqidə dözümlü deyil: “Atama Çeçenistanda hörmət edirdilər, onun Dağıstanda, İnquşetiyada hörməti olub. O, Çeçenistanda müharibəni dayandırmağa kömək edib və orada bunu doğrudan da xatırlayırlar. Və onun 90-cı illərdə orada hərbi münaqişənin inkişafının qarşısını almaq üzrə onun fəaliyyətinə görə çox minnətdardırlar”.

B.Nemtsovun qızının fikrincə, qətlin əsas səbəbi atasının rejimlə inadlı mübarizəsi və hakimiyyəti ardıcıl surətdə tənqid etməsi olub: “Hər hansı ayrı-ayrı epizodlar səbəb olmayıb, özünüzü aldatmayın. Sadəcə onun mövqeyi – o, heç vaxt hakimiyyətlə heç bir kompromisə getməyib. O, öz prinsiplərinə dəqiq əməl edirdi”.

O, Nemtsovun bir siyasətçi kimi Rusiyada böyük çəkiyə malik olmadığı fikri ilə qətiyyən razı deyil. Jannanın fikrincə, Rusiya dövlət telekanallarının onun atasına qara yaxmaq üçün nə qədər səylər sərf etməsi bunun əksinə dəlalət edir.

“Mən ümumiyyətlə təklif edərdim ki,- və yəqin atam da məni dəstəkləyərdi, – bütün dövlət telekanallarının rəhbərləri informasiya terrorçuluğuna görə sanksiyalar siyahısına daxil edilsin. Onların hər gün insanların başına axıtdığı, nəticədə dünyanın tamamilə təhrik olunmuş mənzərəsi yaradılan, yalanlarına görə. Mən hesab edirəm ki, onlar cavab verməlidir və əminəm ki, belə də olacaq. NTV-nin başçısı Kulistikov, “Rossiya” kanalının rəhbəri Dobrodeyev, Birinci kanalın rəhbəri Ernst – onların hamısı Ukraynada hərbi münaqişənin qızışdırılmasında bilavasitə iştiraklarına görə sanksiya siyahısına daxil edilməlidir” – Nemtsova bəyan edir.

Janna Nemtsova istisna etmir ki, bu dediklərinə görə Rusiya hakimiyyəti onu siyasi fəal kimi nəzərdən keçirməyə başlayar, hərçənd indiyə kimi o heç vaxt fəal olmayıb.

“Bilirsinizmi, mən həmişə pessimist olmuşam. Lakin bu qətl mənim bütün həyatımı alt-üst elədi. Ona görə yox ki, mən müəyyən illüziyalar bəsləmişəm, lakin mən, əlbəttə, bunun prinsipcə mümkün olmasını düşünməmişəm. Doğrusu, mən hələ də inana bilmirəm ki, atamı öldürüblər” – Janna Nemtsova etiraf edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Deputat: “Hər bir azərbaycanlı Rövşən Lənkəranskiyə hörmət etməlidir”

Next Post

Əsgərlər daha özlərini güllə ilə vura bilməyəcək

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Əsgərlər daha özlərini güllə ilə vura bilməyəcək

Milli Şuranın mitinqinə icazə verildi - FOTO

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.