Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə qanadlı raketlərlə hücum edib.
Elchi.az xəbər verir ki, Rusiya Ukraynanın paytaxtı Kiyevi vurub.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko sosial media hesabında verdiyi açıqlamada “X-101”, “X-555” və “X-55” tipli “Tu-95MS” tipli strateji bombardmançıların istifadə edildiyini bildirib. Rusiya ordusunun bu səhər Kiyevə hücumu qanadlı raketlərdən istifadə etdiyini açıqlayıb.
Popko 10-a yaxın raketin hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyi barədə məlumat paylaşıb.
Son 4 gündə Kiyevə qarşı üçüncü raket hücumunun həyata keçirildiyinə diqqət çəkən Popko, “İlkin məlumatlara görə, paytaxtda can itkisi və dağıntı olmayıb”- deyib.
Kiyev meri Vitali Kliçko da Rusiya qüvvələrinin şəhərə hücumu nəticəsində partlayış səslərinin eşidildiyini bildirib.
Hava hücumundan müdafiə sistemlərinin işlədiyini deyən Kliçko raketlərin havada məhv edilən hissələrinin Desnyan rayonundakı meşəlik əraziyə düşdüyünü qeyd edib.
Ukrayna mətbuatının məlumatına görə, partlayış səsləri ölkənin Lvov şəhərində də eşidilib.
Nuranə Məmmədova





