"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Cavid Qurbanov vağzallarda kütləvi söküntüyə başlayır, obyektlər bağlanacaq – (Fotolar)

13 Mart 2015 - 12:50
in MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Cavid Qurbanov vağzallarda kütləvi söküntüyə başlayır“Azərbaycan Dəmir Yolları” QSC-nin yeni sədri Cavid Qurbanov dəmiryol sistemində köklü dəyişikliklərə hazırlaşır.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, fevralın 9-da QSC sədri təyin olunan C.Qurbanov dəmiryol stansiyalarında və onların yaxınlığında sonradan tikilən bütün obyektlərin bağlanmasına və əlavə tikililərin sökülməsinə göstəriş verib.

Hazırda əksər dəmiryol stansiyalarında xeyli sayda ticarət obyekti fəaliyyət göstərir. Onların hamısı C.Qurbanovun göstərişi əsasında söküləcək.

Xatırladaq ki, Bakı Dəmiryol Vağzalında təmir və yenidənqurma işləri son bir ayda sürətlənib. Binanın müasir standartlara cavab verəcək şəkildə qısa müddətdə istifadəyə verilməsi planlaşdırılır. Vağzalın iyunda Bakıda keçiriləcək I Avropa Oyunlarına qədər hazır olacağı gözlənilir.

Yeni vağzalda indikindən fərqli olaraq xeyli sayda ticarət obyekti, səliqəsiz və yöndəmsiz tikilən mağazalar, digər iaşə və xidmət obyektləri olmayacaq. Vağzal binasında yalnız müasir standartlara cavab verən kafe, market, köşk və s. bu kimi xırda ticarət obyektlərinin fəaliyyətinə icazə veriləcək.

Bakı Dəmiryol Vağzalından fərqli olaraq digər vağzallarda vəziyyət daha bərbaddır. Bir çox dəmiryol stansiyalarının binaları sonradan az qala bütövlükdə ticarət obyektlərinə çevrilib.

Onlardan biri də Sabunçu dəmiryol vağzalıdır. Hazırda vağzal demək olar ki, sırf bazar kimi fəaliyyət göstərir. Vağzalın binasında Sabunçu Xətt Polis Bölməsi də yerləşir. Buradakı ticarət obyektlərinin siyahısında kafe, bar, internet klub, vəkil ofisi, stomatoloq, geyim dükanları, bərbərxana, aptek və s. var. Binanın gözləmə zalı, kassası, tibb məntəqəsi çoxdan bəri öz təyinatını dəyişərək ticarət obyektləri kimi fəaliyyət göstərir.

Bu cür hallar Bakıxanov (Razin) stansiyasında da müşahidə olunurdu. Lakin bir neçə aydır ki, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən aparılan təmir və yenidənqurma işləri zamanı vağzaldakı ticarət obyektləri bağlanıb, qanunsuz tikililər sökülüb.

Sabunçu vağzalında ticarət obyektləri olan icarədarların və xırda sahibkarların virtualaz.org saytına verdiyi məlumata görə, onlara bir neçə gün əvvəl xəbərdarlıq edilib. Bildirilib ki, obyektlər bağlanacaq. Göstərişin isə QSC sədri C.Qurbanov tərəfindən verildiyi deyilib. Beləliklə, ötən il Bakı metrosunda tətbiq edilən praktika bu dəfə də dəmiryol sistemində sınaqdan çıxarılacaq.

Əldə etdiyimiz məlumata görə, Bakı Dəmiryol Vağzalında aparılan təmir işləri ilə yanaşı digər vağzallarda da qeyd edilən nöqsanların aradan qaldırılması istiqamətində işlər görüləcək.

Bu məlumatları virtualaz.org saytına açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov da dolayısı ilə təsdiqlədi: “Vağzalların ərazisində və ətrafında, ümumiyyətlə, dəmiryollarının ərazisində olan bütün qanunsuz obyektlər sökülməlidir. Amma QSC icarədarlara bununla bağlı hələlik heç bir rəsmi xəbərdarlıq etməyib”.

İlkin Muradov

Fotolar Vüsalə Abdullayevanındır

Virtualaz.org

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Laçının təhsil sistemi ağır durumda

Next Post

Lənkəran RTŞ-nin müdiri Şahanə Əhmədovanın 700 min manatlıq əməliyyatı

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Lənkəran RTŞ-nin müdiri Şahanə Əhmədovanın 700 min manatlıq əməliyyatı

"Get, bədənini sat..." - İcra başçısının bacanağı şəhid ailəsini kabinetində döydü - Rüsvayçı olay

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.