"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bizim kəndin dəliləri

13 Mart 2015 - 13:08
in KÖŞƏ YAZILARI

Rey_1426111140Rey Kərimoğlu | reykerim@gmail.com

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

1993-cü ilin iyulu… Gün yadımdan çıxıb, heç lazım da deyil!

…Kəndimiz toz-dumana bürünmüşdü. Qulaq batıran tank, top, raket mərmilərinin, güllə səslərinin ardınca bu müdhiş xəbər yayıldı:

– Ermənilər gəlir!

Ordudan tərxis edilmişdim deyə silahsız idim…

Rayonda sınıqçı kimi tanınan Lazım müəllimdən və Rabildən başqa, demək olar ki, hamı kəndi tərk eləmişdi. Bəlkə ayrı qalan da vardı, amma gözədəyən yalnız onlar idi. Kəndin çıxacağında həmişə ruhi xəstə kimi yanaşdığımız, amma onun dəliliyinin ziyanını kənddə heç kəs yox, yalnız evdə-eşikdə ailəsi çəkən Abığı gördüm. Ruhi xəstə olan Abığın əsl adı Bakirdir. Hər kəndin dəlisi olur, amma mən “kəndimizin dəliləri” deyə bilmirəm. Ən pis halda kəndimizin “ruhi xəstələri” deyim. Əslində, kəndimizdə onlar 3 nəfər idi – Abıx-Bakir, Akqulu-Vahid və Caqulu-Fazil…

Abıx kənddə heç kəsi incitməzdi, bir Allah bəndəsinin qəlbinə də dəyməzdi. Əksinə, kəndimizin bütün xeyrində, şərində özünü qabağa verərdi. Hələ ölü sahibi özünə gəlməmiş Abıx artıq çayı hazırlayırdı…Toyda da eləcə, toy sahibindən çox sevinər, yas sahibindən çox kədərlərnərdi. Bir sözlə, kəndimizin hər işinə yarıyırdı o. Arada hamını təəccübləndirən müdrik sözləri də olurdu.

İndi bu ağır gündə də Abıx ən son ana qədər kəndimizdə qalmışdı. Onu qorumağa çalışırdı. Sağ əlində bir, sol qoltuğunda isə 3-4 ədəd qumbaraatan mərmisi Füzuli-Ağdam yolunun üstündəki “Ostnaovka” dediyimiz yerdə ağlaya-ağlaya, yüyürə-yüyürə üzü erməni mövqelərinə tərəf qaçıb sonra da geri qayıdırdı. Amma qumbaraatanı yox idi! O, rabitəsiz sözlər deyirdi: “Bu saat sizi çırpajam”, “Gəlməyin, sizi öldürərəm, gəlməyin!”, “Gəlməyin, mənim kəndimə, gəlməyin, bala!” Abığı belə ağlayan bircə dəfə görmüşdüm, o da 1990-cı ilin 20 yanvarında. O vaxt Abıx elə ağlayırdı, elə ağlayırdı sanki ən əziz adamını, yaxınını itirmişdi…

Qumbaraatansız, əlində 4-5 qumbaraatan mərmisi Abıx kəndimizi qorumaq üçün son cəhdlərini edirdi. Gözü dörd olmuşdu Abığın! Yan- yörəsində ona kömək edəcək, arxa duracaq heç kəs yox idi. Əlacsız, çarəsiz bir vəziyyətdə var-gəl edirdi. Ona yaxınlaşdım:

– Abıx, ora getmə orda erməni tankları dayanıb!

– Bəs nağaraq, qaqa? Axı erməni kəndimizə girir!

O, ağladı…Abığı bağrıma basıb mən də ona qoşuldum.

Əlindəki mərmiləri aldım, yavaş-yavaş üzü Ağdam tərəf qayıtdıq…

Həmin gün ermənilər bizim kəndə yox, Muğanlıya girdilər. Kim bilir, bəlkə də Abığı, onun əlindəki mərmiləri görüb düşünüblər ki, hələ kənddə döyüşçülər var. Bir neçə nəfərlə qayıdıb gecəni kənddə qaldıq.

1993-cü ilin iyulu…Gün yadımdan çıxıb, heç lazım da deyil!

P.S. Caqulu hələ kənddə dünyasını dəyişib, Abıxnan, Akqulu sağdı. Abıx Bərdədə, Akqulu isə Zaqataladadır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

"Get, bədənini sat…" – İcra başçısının bacanağı şəhid ailəsini kabinetində döydü – Rüsvayçı olay

Next Post

Putinin xəstəliyi barədə açıqlama

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Putinin xəstəliyi barədə açıqlama

Bakıda “Bayram yarmarkası” ilə əlaqədar yol bağlanıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.