Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ missiyasının Azərbaycanla sərhədə dəvət edilməsinin səbəblərini açıqlayıb.
Elchi.az xəbər verir ki, onun sözləri “Todo Noticias” tərəfindən yayılıb.
Biz gördük ki, Avropa İttifaqı mülki missiya göndərməyə hazırdır və sərhəddə vəziyyət xeyli yaxşılaşıb, onların mövcudluğu regionda sülhə və Ermənistanın bütövlüyünə böyük töhfə verir”, – deyə Mirzoyan bildirib.
Onun sözlərinə görə, bir neçə onilliklər ərzində mövcud olan təhlükəsizlik mexanizmləri işləməyib. “Məhz bu səbəbdən biz Avropa İttifaqından gəlib vəziyyəti müşahidə etməyi xahiş etməli olduq”, – deyə diplomat yekunlaşdırıb.
Mirzoyan daha əvvəl bəyan edib ki, Ermənistan Əfqanıstanda əməkdaşlıq və sülhməramlı əməliyyatlarda iştirak etməsinə baxmayaraq, hazırda NATO-ya daxil olmaq istəmir.
Havar Şəfiyeva






